Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
13 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
524
12.01.2026, 10:01
Bu gün Azərbaycan mediasının inkişaf tarixində əlamətdar günlərdən biridir. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasından 5 il ötür. Bu müddət ərzində Agentlik ölkədə media sahəsində aparılan islahatların əsas icraçı qurumlarından birinə çevrilərək müasir, dayanıqlı və peşəkar media mühitinin formalaşmasına mühüm töhfələr verib.
Oxu24.com xatırladır ki, Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə yaradılan MEDİA media sektorunun institusional inkişafını təmin etmək, jurnalistika sahəsində keyfiyyət meyarlarını yüksəltmək və informasiya təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Agentliyin fəaliyyəti media subyektlərinin yalnız maddi deyil, eyni zamanda peşəkar və texnoloji baxımdan inkişafına yönəlib.
MEDİA-nın əsas fəaliyyət istiqamətlərinə media sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak, aidiyyəti dövlət qurumları ilə sistemli əməkdaşlıq, normativ və strateji təkliflərin hazırlanması daxildir. Eyni zamanda, audiovizual, çap və onlayn media subyektlərinin, informasiya agentliklərinin, jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin dəstəklənməsi Agentliyin prioritetləri sırasında yer alır.
Qurumun media subyektlərinin maliyyə dayanıqlılığının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar xüsusi əhəmiyyət daşıyır. İldə iki dəfə elan olunan qrant müsabiqələri vasitəsilə onlarla media qurumuna maliyyə dəstəyi göstərilir, bu da medianın iqtisadi müstəqilliyinin güclənməsinə və keyfiyyətli kontentin istehsalına imkan yaradır.
Bununla yanaşı, “Fərdi jurnalist müsabiqəsi” çərçivəsində jurnalistlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi, yaradıcı təşəbbüslərin təşviqi və əməyin stimullaşdırılması həyata keçirilir. Bu yanaşma media nümayəndələrinin məsuliyyət hissini artırmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına da xidmət edir.
Son illərdə Azərbaycan mediasının beynəlxalq əlaqələrinin genişlənməsi də MEDİA-nın fəaliyyətinin mühüm nəticələrindəndir. Avropa ölkələrinin aparıcı informasiya agentlikləri ilə qurulan əməkdaşlıqlar, birgə layihələr, təcrübə mübadiləsi proqramları və peşəkar təlimlər yerli jurnalistikanın beynəlxalq standartlara uyğunlaşmasına real imkanlar yaradır.
Bütün bu fəaliyyətlər nəticəsində Azərbaycan mediası getdikcə daha sistemli, peşəkar və etibarlı informasiya mənbəyi kimi formalaşır. MEDİA-nın ardıcıl və məqsədyönlü fəaliyyəti ölkənin informasiya məkanında şəffaflığın, məsuliyyətin və keyfiyyətin artmasına xidmət edir və bu proses gələcək illərdə də davam etdiriləcək.
10:56 / 13 May 2026
17
10:52 / 13 May 2026
79
10:49 / 13 May 2026
19
10:37 / 13 May 2026
39
10:33 / 13 May 2026
219
10:29 / 13 May 2026
45
10:26 / 13 May 2026
40
10:15 / 13 May 2026
56
10:11 / 13 May 2026
50
10:10 / 13 May 2026
49
10:08 / 13 May 2026
59
10:05 / 13 May 2026
103
09:18 / 13 May 2026
57
00:19 / 13 May 2026
328
00:05 / 13 May 2026
4029
00:02 / 13 May 2026
330
23:59 / 12 May 2026
4640
23:54 / 12 May 2026
1430
23:50 / 12 May 2026
298
23:43 / 12 May 2026
2030
23:40 / 12 May 2026
125
23:31 / 12 May 2026
123
23:27 / 12 May 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.