Gəncədə faciə yaşandı: Qadın Nizami Məqbərəsindən yıxıldı
25 Mart 2026, 14:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
578
11.01.2026, 19:05
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 12 yanvar tarixindən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayır.
Oxu24.com xəbər verir ki ,bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq.
Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Həmçinin oxuyun
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə almaq olar.
Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın imkanlarının artırılmasına, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
14:58 / 25 Mart 2026
1
14:53 / 25 Mart 2026
7
14:41 / 25 Mart 2026
105
14:38 / 25 Mart 2026
33
14:22 / 25 Mart 2026
529
14:06 / 25 Mart 2026
41
14:03 / 25 Mart 2026
52
13:50 / 25 Mart 2026
42
13:44 / 25 Mart 2026
192
13:27 / 25 Mart 2026
715
13:20 / 25 Mart 2026
113
13:15 / 25 Mart 2026
49
13:07 / 25 Mart 2026
52
12:56 / 25 Mart 2026
342
12:51 / 25 Mart 2026
60
12:49 / 25 Mart 2026
120
12:44 / 25 Mart 2026
341
12:40 / 25 Mart 2026
157
12:37 / 25 Mart 2026
56
12:26 / 25 Mart 2026
471
12:25 / 25 Mart 2026
66
11:50 / 25 Mart 2026
71
11:25 / 25 Mart 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.