Bu içki sizi arıqladacaq
10 Yanvar 2026, 23:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
385
10.01.2026, 16:00
Bu gün nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının - Mingəçevir SES-in istifadəyə verilməsindən 72 il ötür.
Oxu24.com xəbər verir ki, tikintisinə 1945-ci ildə start verilən və Azərbaycanın ən böyük işıq mənbəyi olan stansiya 1954-cü ilin 10 yanvarında tam gücü ilə işə başlayıb. Mingəçevirin 4 fevral 1953-cü ildə şəhər statusu alması da bu tikinti ilə əlaqədar idi.
Əvvəlcə onu vurğulayaq ki, 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olub. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınıb. Sovet hökuməti qurulduqdan sonra - 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında o ərazidə qazıntılara başlanır, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilir. Bir çox tarixçi və alimlər iddia edir ki, məhz bu tapıntılardan sonra türkə nifrət edən Stalin rejimi güclü araşdırmaya icazə vermədən Mingəçevirin qədim məskənləri asvaltlaşdırır, zavod və fabriklər tikidirir, tariximizi torpağa gömürlər. 5 min illik qədim şəhərin üzərində isə su elektrik stansiyası tikilməsi sovet rəhbərliyinin pioritet məsələsinə dönür. Hətta ərazinin seysmik aktiv zona olması belə nəzərə alınmadı.
SES-in Azərbaycan üçün önəmi
Azərbaycanın həm içməli su, həm enerji, həm suvarma, həm də çay sularının idarə olunmasında Mingəçevir su anbarı çox böyük əhəmiyyətə malikdir. Rəsmi məlumatlarda deyilir ki, su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulub. Su anbarının qidalanmasında Kür, Alazan, İori və Gəncəçaydan gələn su axınından istifadə edilir. Anbarın ərazisinə Mingəçevir, Yevlax, Samux və Gəncənin bir hissəsi daxildir. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1945-cı ildən sonra 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının-postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına toplaşıb.
Anbardan 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı və 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı su götürür. Mil, Muğan və Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rolu var.
Ölkə başçısı İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etdi. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzləndi. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırıldı. Məlumat üçün bildirək ki, fəaliyyət göstərən su elektrik stansiyalarının sayına gəldikdə isə ölkədə Mingəçevirdən sonra 2-ci böyük Şəmkir SES, Yenikənd SES, Sərsəng SES, Füzuli SES, Taxtakörpü SES, Şəmkirçay SES, Varvara SES, Araz SES, Biləv SES, Arpaçay-1, Arpaçay-2 SES var.
Bu böyük stansiyadan nisbətən kiçik həcmdə olan əlavə 11 stansiya da mövcuddur ki, onlar ölkənin enerji ilə təmin edilməsində əhəmiyyətli rol oynayır.
Üstəlik ölkə Prezidenti İlham Əliyevin ötən günki çıxışına diqqət yetirsək görərik ki, bu say durmadan artır:” Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına təxminən 40 kiçik su elektrik stansiyası inşa edilib. Hazırda onların ümumi gücü 300 meqavatdan çoxdur”.
SES-in qorxunc üzü: Ermənilər onu niyə vurmağa çalışırdı?
Mingəçevir su anbarı aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhdid mənbəyi hesab etmək olar. Qeyd edək ki, yaz aylarında Mingəçevir su anbarındakı seysmiklik artır.
İddialara görə isə anbar yüklənsə, zəlzələ ocaqlarını fəallaşdıra və tezləşdirə bilər. Mütəxəssislər iddia edir ki, əgər su anbarında su müəyyən edilmiş 86 metr həddən artıq olsa, çoxdan güclü olmayan yeraltı təkanlar Azərbaycana dəhşətli fəlakət gətirə bilər. Mingəçevirdən Ələtədək, Ələtdən isə Lənkəranacan böyük bir ərazi su altında qalmaq təhlükəsi ilə üzləşər. Bu Azərbaycanın böyük bir hissəsinin su altında qalması deməkdir. Bunu anlayan məkrli ermənilər həmişə Azərbaycanı bu obyekti vurmaqla təhdid ediblər. 44 günlük Vətən müharibəsi dövründə bəd əməllərini həyata keçirməyə çalışdılar. 2020-ci il oktyabrın 4-də Ermənistan tərəfindən Mingəçevir Elektrik Stansiyasının ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşi sistemindən raket atıldı. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşdü. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket İdarəetmə Mərkəzinin yaxınlığına düşdü. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirildi.
Həmçinin oxuyun
Nə yaxşı ki, erməni tərəfinin bu məkrli niyyəti,,bu ziyanlı və təhlükəli məqsədi həyata keçmədi. Yaxşı ki, su anbarı həm yüksək səviyyədə qorunmaqla bərabər, həm də kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü konstruksiya ilə inşa edilib. Mingəçevirin özü 8 ballıq seysmik zonaya düşür. Anbarın maksimum yükgötürmə qabiliyyəti 18 milyard tondur.
Xatırladaq ki, Azərbaycanda ilk su elektrik stansiyası 1883 - cü ildə Gədəbəydə Çar Rusiyası tərəfindən tikilib. Bu təbii ki, Gədəbəyin yeraltı sərvətlərinin Rusiya daşınmasına xidmət edib.
Əntiqə Rəşid
00:59 / 11 Yanvar 2026
30
00:11 / 11 Yanvar 2026
41
00:09 / 11 Yanvar 2026
42
23:47 / 10 Yanvar 2026
45
23:36 / 10 Yanvar 2026
50
23:25 / 10 Yanvar 2026
42
23:20 / 10 Yanvar 2026
56
23:05 / 10 Yanvar 2026
78
22:41 / 10 Yanvar 2026
299
22:40 / 10 Yanvar 2026
102
22:30 / 10 Yanvar 2026
67
22:20 / 10 Yanvar 2026
136
22:14 / 10 Yanvar 2026
59
21:55 / 10 Yanvar 2026
151
21:42 / 10 Yanvar 2026
72
21:30 / 10 Yanvar 2026
237
21:12 / 10 Yanvar 2026
90
21:08 / 10 Yanvar 2026
54
21:05 / 10 Yanvar 2026
66
21:01 / 10 Yanvar 2026
358
20:58 / 10 Yanvar 2026
71
20:47 / 10 Yanvar 2026
100
20:43 / 10 Yanvar 2026
85
20:32 / 10 Yanvar 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.