5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
869
10.01.2026, 11:33
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər.
Faktla bağlı başlanmış istintaq çərçivəsində Anar Mehdiyevdən əlavə, cinayətdə iştirak edən daha iki məsul şəxs - Ruslan Ələsgərov və Əvəz Süleymanovun da qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib.
Bunun səbəbi isə ibtidai istintaq mərhələsində prokurorluq tərəfindən 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinə tam ödətdirilməsidir.
Qanuna əsasən, xüsusilə külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi üçün vurulmuş ümumi ziyanın (800 min manat) 50 faizi həcmində, yəni əlavə 400 min manat dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə 800 min manatdan əlavə ödəniş həyata keçirilməyib.
Gələcəkdə məhkəmə istintaqı dövründə də əlavə 400 min manat ödənilməzsə, ittihamedici hökm çıxarıla bilər. Hazırda təqsirləndirilənlər üçü də polis nəzarətindədirlər.
Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.
23:51 / 14 Noyabr 2026
1
23:47 / 14 Noyabr 2026
22
23:33 / 14 Noyabr 2026
51
23:23 / 14 Noyabr 2026
144
23:16 / 14 Noyabr 2026
60
23:05 / 14 Noyabr 2026
235
23:01 / 14 Noyabr 2026
102
22:28 / 14 Noyabr 2026
628
22:19 / 14 Noyabr 2026
79
21:55 / 14 Noyabr 2026
107
21:32 / 14 Noyabr 2026
128
21:22 / 14 Noyabr 2026
162
21:11 / 14 Noyabr 2026
716
21:04 / 14 Noyabr 2026
828
21:02 / 14 Noyabr 2026
121
20:56 / 14 Noyabr 2026
613
20:50 / 14 Noyabr 2026
129
20:38 / 14 Noyabr 2026
127
20:23 / 14 Noyabr 2026
1272
19:54 / 14 Noyabr 2026
116
19:50 / 14 Noyabr 2026
120
19:36 / 14 Noyabr 2026
1958
19:15 / 14 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.