5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
719
10.01.2026, 11:09
Bankların yeni cəlb etdikləri depozitlər üzrə faiz dərəcələri azalsa da, kredit faizləri nəinki aşağı düşməyib, əksinə artım nümayiş etdirib.
Belə ki, Azərbaycan Mərkəzi Bankının 2025-ci il dekabrın 1-nə olan məlumatına əsasən, manatla yerləşdirilən depozitlərin orta faiz göstəricisi 8,71 faizdən 6,77 faizə enib.
Eyni dövrdə kreditlər üzrə orta faiz dərəcəsi isə 17,07 faizdən 18,68 faizə yüksəlib. Bu tendensiya xarici valyutada olan depozit və kreditlərdə də müşahidə olunur.
Belə bir vəziyyətdə sual yaranır: bankların cəlb etdikləri vəsaitlərin dəyəri ucuzlaşdığı halda, verilən kreditlərin faizlərinin artması nə ilə izah olunur?
Rəsmi statistikaya görə, ölkədə verilmiş kreditlərin 46,8 faizini istehlak və ipoteka kreditləri təşkil edir. Mərkəzi Bankın məlumatına əsasən, istehlak kreditləri üzrə orta faiz dərəcələri kreditin növündən asılı olaraq 13 faizdən 26 faizə qədər dəyişir.
İqtisadçı Eldəniz Əmirov bildirir ki, kredit və depozit faizləri mövcud iqtisadi sistemdəki risk amilləri əsasında formalaşır:
"Ötən illə müqayisədə hazırda depozit faizlərinin aşağı düşməsi qarşıdakı 2-3 il üçün iqtisadi proqnozlarda risklərin yüksək olması ilə bağlıdır. Lakin bunun fonunda kreditlər üzrə 17-18 faizlik göstəricilər çox böyük marja deməkdir. Banklar tərəfindən belə yüksək fərqin yaradılması həddindən artıq böyük göstərici hesab olunur".
Mövcud vəziyyət göstərir ki, bankların depozitlər üzrə faiz siyasətində azalma tendensiyası 2026-cı ildə də davam edir. Belə ki, artıq bir neçə bank cəlb etdikləri vəsaitlər üzrə faiz dərəcələrini 0,5 faiz-bəndi azaldıb.
23:51 / 14 Noyabr 2026
1
23:47 / 14 Noyabr 2026
22
23:33 / 14 Noyabr 2026
51
23:23 / 14 Noyabr 2026
144
23:16 / 14 Noyabr 2026
60
23:05 / 14 Noyabr 2026
235
23:01 / 14 Noyabr 2026
102
22:28 / 14 Noyabr 2026
628
22:19 / 14 Noyabr 2026
79
21:55 / 14 Noyabr 2026
107
21:32 / 14 Noyabr 2026
128
21:22 / 14 Noyabr 2026
162
21:11 / 14 Noyabr 2026
716
21:04 / 14 Noyabr 2026
828
21:02 / 14 Noyabr 2026
121
20:56 / 14 Noyabr 2026
613
20:50 / 14 Noyabr 2026
129
20:38 / 14 Noyabr 2026
127
20:23 / 14 Noyabr 2026
1272
19:54 / 14 Noyabr 2026
116
19:50 / 14 Noyabr 2026
120
19:36 / 14 Noyabr 2026
1958
19:15 / 14 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.