5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1348
09.01.2026, 22:02
Azərbaycan mühəndislik elminin və metallurgiya sahəsinin tanınmış elm xadimi Cəmil Səfərov vəfat edib.
Oxu24.com xəbər verir ki,Azərbaycan mühəndislik elminin, metallurgiya və alüminium sənayesinin tanınmış elm xadimi, alim və pedaqoq Cəmil İldır oğlu Səfərov 9 yanvar 2026-cı il tarixində ailəsi və yaxınlarının iştirakı ilə dəfn olunub.
Cəmil Səfərov 23 oktyabr 1963-cü ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olmuş, 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Maşınqayırma fakültəsini bitirmişdir. 1987-ci ildən aspirantura təhsili almış və 1992-ci ildə texnika elmləri namizədi dərəcəsi qazanmışdır. 2000-ci ildə Rusiya Federasiyasının Kursk Dövlət Texniki Universitetində doktorantura, 2018-ci ildə isə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru dərəcəsini almışdır.
Mərhum uzun illər Azərbaycan Texnologiya Universitetində professor, həmçinin “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktoru və müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmişdir. O, həm elmi, həm pedaqoji, həm də istehsalat sahəsində göstərdiyi xidmətlərlə metallurgiya və mühəndislik elminin inkişafına əvəzsiz töhfələr vermişdir.
Cəmil Səfərovun elmi fəaliyyəti çərçivəsində 4 monoqrafiya, 13 dərslik, 7 ixtira və 150-dən çox elmi məqalə nəşr olunmuşdur; bunların 69-u beynəlxalq elmi jurnallarda, o cümlədən Rusiya, Fransa, Hindistan, Almaniya, İspaniya və digər ölkələrdə dərc edilmişdir. Onun elmi nailiyyətləri SCOPUS,Wos və Springer bazalarında indekslənmiş və sənaye tətbiqlərində geniş istifadə olunmuşdur.
2021-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, 2024-cü ildə isə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti tərəfindən “İlin Mühəndisi” adına layiq görülmüş, 2025-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyası İlin Uğurlu Alimi” diplomu və “Şərəf” ordeni ilə təltif olunmuşdur. 2026-cı ildə Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü seçilmişdir.
Cəmil Səfərov həm elmi, həm pedaqoji, həm də istehsalat sahəsində göstərdiyi misilsiz xidmətlərlə Azərbaycan sənaye və elminin inkişafına əbədi iz buraxmışdır. Onun əziz xatirəsi Azərbaycan mühəndislik elmi və sənaye ictimaiyyəti tərəfindən daim ehtiramla yad ediləcəkdir.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun.
Nigarxanım
23:59 / 14 Noyabr 2026
90
23:51 / 14 Noyabr 2026
61
23:47 / 14 Noyabr 2026
73
23:33 / 14 Noyabr 2026
79
23:23 / 14 Noyabr 2026
223
23:16 / 14 Noyabr 2026
74
23:05 / 14 Noyabr 2026
309
23:01 / 14 Noyabr 2026
161
22:28 / 14 Noyabr 2026
726
22:19 / 14 Noyabr 2026
89
21:55 / 14 Noyabr 2026
114
21:32 / 14 Noyabr 2026
137
21:22 / 14 Noyabr 2026
175
21:11 / 14 Noyabr 2026
744
21:04 / 14 Noyabr 2026
884
21:02 / 14 Noyabr 2026
126
20:56 / 14 Noyabr 2026
656
20:50 / 14 Noyabr 2026
136
20:38 / 14 Noyabr 2026
132
20:23 / 14 Noyabr 2026
1312
19:54 / 14 Noyabr 2026
120
19:50 / 14 Noyabr 2026
125
19:36 / 14 Noyabr 2026
2016
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.