5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
799
09.01.2026, 23:24
Son dövrlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də benzin və dizel yanacağının gələcək qiymətləridir. Maraqlıdır, qarşıdakı illərdə yanacağın ucuzlaşması real görünür, yoxsa artım riski hələ də qalır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yanacağın qiymətlərində enmə halları zaman-zaman müşahidə edilib və gələcəkdə də bu cür proseslər istisna olunmur.
Ekspertin sözlərinə görə, iqtisadi səmərəliliyin artması fonunda yanacaq qiymətlərinin aşağı düşməsi mümkündür, lakin bu, hazırda ən real ssenari sayılmır.
“Bu, ehtimal edilən proqnozlardan biridir. Amma nəzərə almalıyıq ki, Azərbaycanda ənənəvi yanacaqla, benzin və dizellə işləyən avtomobillərin payı təxminən 85 faizə yaxındır. Yükdaşıma və sərnişindaşıma sektorunda da əsasən dizel və benzin istifadə olunur”, – deyə A.Əsədov qeyd edib.
Onun sözlərinə görə, benzinlə işləyən nəqliyyat vasitələrinin sayı da kifayət qədər yüksəkdir və bu amil yanacağa olan tələbatı artırır. Ekspert hesab edir ki, qiymətlərin real şəkildə enməsi üçün alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinin sayı artırılmalıdır.
“Asan yol alternativ yanacaqdan istifadə edən avtomobillərin ölkəyə idxalını genişləndirməkdir. Xaricdən daha iqtisadi səmərəli, az yanacaq sərf edən və alternativ enerji ilə çalışan nəqliyyat vasitələri gətirilməlidir. Bu halda ənənəvi yanacağa tələbat azalacaq, bazarda bolluq yaranacaq və qiymətlərin enməsi mümkün olacaq”, – deyə ekspert vurğulayıb.
A.Əsədov əlavə edib ki, mövcud vəziyyətdə bu göstəricilərə nail olmaq çətindir. Çünki hazırda bütün nəqliyyat və logistika prosesləri əsasən ənənəvi yanacaq üzərində qurulub və alternativ yanacağa keçid hələ genişmiqyaslı deyil. Beləliklə, ekspertin fikrincə, yaxın perspektivdə benzin qiymətlərinin ciddi şəkildə enməsi real görünmür və artım riski müəyyən dərəcədə qalmaqda davam edir.
23:59 / 14 Noyabr 2026
90
23:51 / 14 Noyabr 2026
61
23:47 / 14 Noyabr 2026
73
23:33 / 14 Noyabr 2026
79
23:23 / 14 Noyabr 2026
223
23:16 / 14 Noyabr 2026
74
23:05 / 14 Noyabr 2026
309
23:01 / 14 Noyabr 2026
161
22:28 / 14 Noyabr 2026
726
22:19 / 14 Noyabr 2026
89
21:55 / 14 Noyabr 2026
114
21:32 / 14 Noyabr 2026
137
21:22 / 14 Noyabr 2026
175
21:11 / 14 Noyabr 2026
744
21:04 / 14 Noyabr 2026
884
21:02 / 14 Noyabr 2026
126
20:56 / 14 Noyabr 2026
656
20:50 / 14 Noyabr 2026
136
20:38 / 14 Noyabr 2026
132
20:23 / 14 Noyabr 2026
1312
19:54 / 14 Noyabr 2026
120
19:50 / 14 Noyabr 2026
125
19:36 / 14 Noyabr 2026
2016
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.