İsmayıllıda 6 otaqlı ev yandı
26 Mart 2026, 01:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
533
09.01.2026, 17:56
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədlinin vəkili Zibeydə Sadıqova vəsatətlər verib. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib. Digər vəsatətində isə Anar Əsədlinin şüşə arxasından çıxarılaraq yanında əyləşməsini xahiş edib.
Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, digər vəsatət təmin edilib.
Anar Əsədli dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur. Etibar Nəsirova isə 3000 manat borcu qaytarmağı təklif etsə də, o, pulu qəbul etməyib: "Hazırda heç kimə borcum yoxdur. Bəli, borc almışam, amma qaytarmışam. Mən siyasətçiyəm, heç kimə də yalan vəd verməmişəm".
İclasa sədrlik edən hakim siyasətlə maraqlandığını, lakin Anar Əsədlinin adını ilk dəfə eşitdiyini söyləyib.
Anar Əsədli digər sualları cavablandırmaq istəmədiyini deyib.
Prosesin davamında zərərçəkən Oqtay Qasımov ifadə verərək bildirib ki, Anar Əsədlinin daha çox qazanc əldə edəcəyi vədinə inanaraq ona müxtəlif vaxtlarda 3 dəfə 50 min dollar, ümumilikdə 150 min dollar pul verib: "Anar Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ o, jurnalist kimi çalışırdı. Bizim yaxın münasibətimiz olub. Düzdür, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev alqı-satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra xəstəxana layihəsinə pul yatırıb qazanacağını bildirərək yenə məndən pul alıb tenderə yatırıb. Oradan səs çıxmayanda pulu götürərək Azərbaycanda lombarda və şitkətə yatırım edib pul qazanacağımız vədləri verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazancam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat borc da alıb. Düşündüm ki, bu necə iş adamıdır?"
Həmçinin oxuyun
Bu zaman Anar Əsədli ilə zərəçəkən arasında mübahisə düşüb və onlar bir-birini təhqir edib.
Hakimin qərarı ilə Anar Əsədli yenidən şüşə arxasına keçirilib.
O.Qasımov ifadəsinin davamında polisə şikayət etmək niyyəti olmadığını deyib: "Biz ailəliklə yaxın olmuşuq. İstəmirdim məsələ bu yerə gəlsin. Lakin, pulumu geri istəyəndə mənə dedi ki, get əlindən gələni et. Mən də gedib şikayət etdim. Nəticədə mənə dəyəri 90 min manat olan ev təklif etdilər. Qardaşı ilə vəkili oranı mənə göstərdi. Dedim ehtiyacım olan 68 min manatı götürüm, qalanını ödəyərsən. Notariusda Anar Əsədli mənə dedi ki, bunu götür, amma daha nəsə istəmədiyinlə bağlı sənəd imzala".
Vaxt məhdudiyyəti ilə əlaqədar proses fevralın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.
Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.(Mənbə APA)
01:29 / 26 Mart 2026
193
00:59 / 26 Mart 2026
234
00:27 / 26 Mart 2026
220
00:12 / 26 Mart 2026
219
23:38 / 25 Mart 2026
330
23:35 / 25 Mart 2026
125
23:34 / 25 Mart 2026
117
23:30 / 25 Mart 2026
240
23:18 / 25 Mart 2026
229
23:06 / 25 Mart 2026
225
23:05 / 25 Mart 2026
126
22:59 / 25 Mart 2026
269
22:57 / 25 Mart 2026
329
22:40 / 25 Mart 2026
1369
22:35 / 25 Mart 2026
270
22:24 / 25 Mart 2026
209
22:13 / 25 Mart 2026
133
22:07 / 25 Mart 2026
270
22:01 / 25 Mart 2026
130
21:56 / 25 Mart 2026
160
21:38 / 25 Mart 2026
1886
21:37 / 25 Mart 2026
164
21:27 / 25 Mart 2026
853
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.