5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
692
09.01.2026, 16:49
2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu24.com-a bildirilib ki, yeni qərara əsasən, xoreoqrafiya sənəti ixtisası üzrə bakalavriat səviyyəsində təhsil almaq istəyən abituriyentlər üçün müsabiqəyə buraxılmaq məqsədilə minimum 50 test balı tələb olunacaq. Aktyor sənəti ixtisası üzrə isə bu göstərici 100 bala qaldırılıb.
Orta ixtisas təhsili müəssisələrində rəqs müəllimliyi ixtisası üzrə 11 illik təhsil bazasında qəbul olmaq istəyənlər üçün minimum test balı 40 olaraq müəyyən edilib. Həmin ixtisas üzrə 9 illik təhsil bazasında qəbul üçün isə 50 bal tələb olunur. Xoreoqrafiya sənəti ixtisası üzrə orta ixtisas təhsili səviyyəsində, 9 illik təhsil bazasında da müsabiqə şərti 50 test balıdır.
Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə xoreoqrafiya sənəti ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 fərqli xarakterli rəqs ifa edəcəklər.
Xoreoqrafiya sənəti ixtisasının milli rəqs və rəqs müəllimliyi sahələri üzrə imtahana girənlər üçün tələblər belədir: qızlar və oğlanlar bir lirik rəqs ifa etməlidirlər. Oğlanlar əlavə olaraq “Yallı”, “Qazağı”, “Şalaqoy” və ya “Qaytağı” rəqslərindən ikisini, qızlar isə “Yallı”, “Qaval”, “Nəlbəki” və ya “Yaylıqlarla rəqs” növlərindən ikisini təqdim edəcəklər.
Balet pedaqogikası sahəsi üzrə namizədlər “Korsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”, “Qız qalası” və “Yeddi gözəl” baletlərindən seçilmiş 3 variasiya ifa edəcəklər.
Modern rəqs sahəsi üzrə isə müasir rəqs cərəyanlarını əhatə edən, müxtəlif xarakterli 3 rəqs təqdim olunmalıdır.
Qeyd edək ki, xoreoqrafiya sənətinin baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı dəyişiklik edilməyib.
Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.