5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
646
09.01.2026, 14:56
Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında imzaladığı Sərəncam ölkədə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir.
Oxu24.com xəbər verir ki, bu, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edilib.
Məktubda bildirilib ki, sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıyır.
Dini konfessiya rəhbərləri dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqəti vurğulayıb.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarığını ifadə edib, dünyadaki islamofobiya, ksenefobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasını təqdirəlayiq hal olduğunu bildirib.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski öz məktubunda yəhudi icmasının ölkəmizdə təhlükəsiz, sabit və tolerant mühitdə yaşadığını, dövlətin göstərdiyi qayğının yalnız milli deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Azərbaycanın Alban-Udi xristian dini icmasının sədri Robert Mobili müasir Azərbaycan təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu yazıb.
Məktubunda multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirən Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev dini və etnik müxtəlifliyin ölkəmizdə ayırıcı xətt deyil, əksinə, birlik və həmrəyliyi gücləndirən mühüm amil kimi qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, dövlətin dini icmalara göstərdiyi davamlı diqqət bu müxtəlifliyin böyük və dəyərli sərvət kimi qiymətləndirildiyini bir daha təsdiqləyir.
Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov qeyd edib ki, dini icmalara dövlət səviyyəsində göstərilən bu diqqət rəhbərlik etdiyi icmanın inkişafına təkan verməklə yanaşı, vətəndaşların mənəvi dünyasına ali qayğının bariz nümunələrindəndir.
İsmayıllı rayonu İvanovka kəndi, Sumqayıt şəhər və Qobustan rayonu Hilmilli kəndi "Molokan-ruhani-xristian" dini icmaları, "Vineyard Azərbaycan", "Şərqdə Ulduz", "Həyat sözü", Sumqayıt şəhəri "Həyat sözü-2" Xristian dini icmaları, Bakı şəhəri və Sumqayıt şəhəri Alov-Xristian dini icmaları tərəfindən dövlət başçısına ünvanlanan məktublarda dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda "Yeddinci Günün Adventistləri", "Gəncə şəhəri Yeddinci Günün Adventistləri", "Bakı şəhəri Yeni Apostol" xristian, Yevangelik xristian baptistlərin kilsəsi, Krişna Şüuru, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape", "Yeni Həyat" Xristian incil, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmaları və Azərbaycan Bəhailəri dini mərkəzi bu yanaşmanın cəmiyyətdə qarşılıqlı anlayış və tolerantlıq mühitini daha da möhkəmləndirdiyini qeyd ediblər.
Xatırladaq ki, müvafiq sərəncama əsasən, Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.