5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
658
09.01.2026, 14:19
2025-ci ildə Hesablama Palatasının büdcəsi 84,2%, icra olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Palatanın 2025-ci il üçün büdcəsinin icrası haqqında hesabatında qeyd olunub.
Bildirilib ki, büdcə ili ərzində həyata keçirilmiş dəyişikliklərin məbləği 157,7 min manat olmaqla təsdiq edilmiş xərclər smetasına nisbəti 1,4%-dən də aşağı olub.
Xərclər smetası ilə yanaşı, Palataya 2025-ci il ərzində dövlət büdcəsinin bölüşdürülməmiş xərc istiqamətlərindən də əlavə vəsait ayrılıb. Belə ki, 1 beynəlxalq tədbir üçün 132 min manat və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərc istiqaməti üzrə 2,6 min manat ayrılıb. Beləliklə, bütün istiqamətlər nəzərə alınmaqla Palata üçün 2025-ci ildə 11590,5 min manat nəzərdə tutulub, büdcənin kassa icrası 9764,9 min manata bərabər olub. Başqa sözlə, Hesablama Palatasının büdcəsi il üçün 84,2%, icra olunub.
Qeyd edək ki, təsdiq edilmiş büdcə ilə müqayisədə icra edilməyən məbləğ 1825,6 min manat, o cümlədən əməyin ödənişi üzrə 1607,1 min manat, alışlar üzrə 173,6 min manat, sosial ödənişlər üzrə 44,9 min manat təşkil edib.
Palatanın hesabatında qeyd olunub ki, nəzərdə tutulmuş göstəricilərə nisbətən aşağı icra səviyyəsi Hesablama Palatasının ştat cədvəlində vakant vəzifələrin olması, keçirilmiş dövlət satınalmaları zamanı bəzi hallarda (dəftərxana və təsərrüfat xərclər, mətbəə məhsulları, maşın və avadanlıqlar və s.) qalib təşkilatın təklifinin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olması, habelə bəzi xarici ölkələrə ezamiyyələr üzrə xərclərin dəvət edən tərəfindən maliyyələşdirilməsi ilə vəsaitə qənaət olunması, eyni zamanda dövlət tərəfindən tənzimlənən bəzi qiymətlərin il ərzində dəyişdirilməsi (məsələn, yanacaq) və s. ilə bağlı olub.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.