Saat 11:00-dan 13:00-dək işıq OLMAYACAQ
31 Yanvar 2026, 11:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
468
09.01.2026, 12:50
Kağız formada diplom dövrü bitdi.
Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək.
Bununla bağlı ötən gün hökumətin qərarı qəbul olunub. Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə "Təhsil haqqında" qanuna dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ekpert Osman Gündüz bildirib ki,yeni qaydalara əsasən təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların datasının ETN-in TMİS informasiya istemlərinə daxil edilməsi əsasında TMİS üzərindən elektron formada yaradılacaq.
Həmçinin oxuyun
"Dərhal qeyd edim ki, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir.
Əksər ölkələrdə bu gün də əsas sənəd kağız diplom hesab olunur, rəqəmsal versiya isə sadəcə qeydiyyat və arxiv funksiyası daşıyır.
Azərbaycan isə bununla da birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verərək, kağız daşıyıcını tam olaraq dövriyyədən çıxaran ilk ölkələr sırasına daxil olur.
Məzunların diplom və attestatlarındakı məlumatlar isə həm də myGov şəxsi kabinetində yerləşdiriləcək və hüquqi qüvvəyə malik olacaq.
Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri ilə təsdiqlənəcək.
Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır.
Artıq ali məktəblər diplom blankı dalınca düşməyəcək, mərkəzləşdirilmiş kağız asılılığından çıxacaq,
məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək.
Diplomların maksimum 10 iş günü ərzində hazırlanması təmin ediləcək.
Yəni artıq universiteti bitirən məzunlar elə məzun günündə də diplomlarını ala biləcəklər.
Bu isə diplomların zamanında verilməsilə bağlı universitetlərin məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu gücləndirir.
Digər mühüm nəticə isə saxta diplomlarla mübarizənin daha effektiv mərhələyə keçməsidir. Elektron sənədin mərkəzləşdirilmiş reyestrdə yaradılması, onlayn yoxlanması saxta diplom dövriyyəsini minimuma endirir.
Arxa tarixlə sənəd tərtibini mümkünsüz edir.
İşəgötürən və qurumlar üçün ani yoxlama imkanı yaradır.
Əlbəttə, ilk dövrlərdə bu prosesdə müəyyən çatışmazlıqlar, risklər ola bilər. Ümid edirəm ETN tam rəqəmsal sənədlərə keçidlə bağlı bütün təhsil müəssisələrinin hazırılığını gücləndirəcək.
XİN-lə birgə rəqəmsal diplomların xaricdə tanınması üçün Apostil mexanizmlərini hazırlayacaq.
Düşünürəm ki, Azərbaycanın qəbul etdiyi model təhsildə şəffaflığı və etimadı gücləndirəcək, vətəndaş məmnunluğunu xeyli artıracaq. Diplomun , attestatın notarial tesdiq tələbləri də arxivə qovuşacaq. Artıq heç bir universitet qəbul olunanlardan attestat tələb edə bilməyəcək.
Rəqəmsal hökumət quruculuğunda nümunəvi bir təcrübə olan bu model sadəcə texnoloji dəyişiklik deyil, təhsil sənədlərinə yanaşmanın köklü şəkildə dəyişməsidir.
Hökumətin, ETN-in təhsil sisteminin rəqəmsal transformasiyası istiqamətində atdığı bu cəsarətli və innovativ yanaşma çox təqdirəlayiq bir addımdır.",-deyə ekspert qeyd edib.
Hazırladı: Jalə
11:02 / 31 Yanvar 2026
1
11:00 / 31 Yanvar 2026
17
10:49 / 31 Yanvar 2026
33
10:40 / 31 Yanvar 2026
43
10:31 / 31 Yanvar 2026
91
10:19 / 31 Yanvar 2026
502
09:37 / 31 Yanvar 2026
55
09:23 / 31 Yanvar 2026
151
09:19 / 31 Yanvar 2026
121
09:17 / 31 Yanvar 2026
127
09:07 / 31 Yanvar 2026
78
02:09 / 31 Yanvar 2026
215
01:11 / 31 Yanvar 2026
964
01:00 / 31 Yanvar 2026
213
00:45 / 31 Yanvar 2026
120
00:34 / 31 Yanvar 2026
263
00:31 / 31 Yanvar 2026
1087
00:27 / 31 Yanvar 2026
117
00:22 / 31 Yanvar 2026
147
00:18 / 31 Yanvar 2026
255
00:11 / 31 Yanvar 2026
123
00:03 / 31 Yanvar 2026
207
23:56 / 30 Yanvar 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.