5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
731
09.01.2026, 12:28
Azrbaycanda Elektron Ciddi Hesabat Blankları Sistemi çərçivəsində 44 adda blank tam elektronlaşdırılacaq və bunun hesabına kağız dövriyyəsi azaldılacaq, nəzarət mexanizmləri gücləndiriləcək.
Oxu24.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumda rəqəmsal idarəetmə və elektron informasiya sistemləri üzrə fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib. Nazir Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli fərmanı ilə dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma, müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanılıb.
Fərmanın icrası çərçivəsində "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır.
Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək.
İclasın gündəliyinə uyğun olaraq "Rəqəmsal Maliyyə Mərkəzi" MMC Nazirliyin rəqəmsal idarəetmə və elektron informasiya sistemlərinin mövcud vəziyyəti, habelə onların vahid çərçivə əsasında inkişaf etdirilməsi və inteqrasiyası üzrə prioritetlər müzakirə olunub, əsas rəqəmsal sistemlər üzrə canlı təqdimatlar keçirib. Təqdimatlar zamanı "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi, e-müqavilə, e-mühasibat, Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS), Elektron Ciddi Hesabat Blankları Sistemi, e-büdcə portalı, eləcə də Vahid Data və Hesabatlıq Sistemi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi çərçivəsində maliyyə sistemlərinin "bir çətir altında" mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin edilir. E-müqavilə sistemi vasitəsilə dövlət satınalmaları üzrə müqavilələrin bağlanması, icrası və monitorinqi tam elektron mühitdə həyata keçiriləcək. E-mühasibat informasiya sistemi isə ilkin qalıqların mərkəzləşdirilmiş formada əldə edilməsinə, avtomatik əmlak uçotunun aparılmasına və mühasibat uçotunda vahid yanaşmanın tətbiqinə imkan yaradacaq.
E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinə yetirir. Vahid Data və Hesabatlıq Sistemi isə "Data Lakehouse" yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitinin formalaşdırılmasına, analitika və qərar qəbul etmənin dəstəklənməsinə xidmət edəcək.
İclasda həmçinin cari il ərzində qarşıda duran vəzifələrə dair məlumat verilib, əsas rəqəmsal layihələr və fəaliyyət planı, sistemlərin inkişafı, genişləndirilməsi və inteqrasiyası, eləcə də texniki, institusional və normativ istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Nazir qarşıya qoyulan vəzifələrin icrasında əlaqələndirilmiş fəaliyyətin və ardıcıl islahatların vacibliyini qeyd edərək, rəqəmsal maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsinin Nazirliyin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb, müvafiq tapşırıqlar verib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.