Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı
14 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
560
09.01.2026, 11:29
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq 312 km uzunluğa malik 7 layihənin tikintisi başa çatdırılıb. Bu Zəfər yolu, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Füzuli-Hadrut, Bərdə-Ağdam və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarıdır.
Tədbirlər Planına uyğun olaraq ümumi uzunluğu 1885 km olan qalan 14 layihənin icrasının ayrılan vəsaitdən asılı olaraq 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub.
Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Agentlikdən bildirilib ki, bu Ağdam-Füzuli, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Toğana-Kəlbəcər-İstisu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolları, İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpülərinin layihələndirilməsi və tikintisi işləri, Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolları, Kəlbəcər, Laçın və Daşkəsən rayonları ərazisində müxtəlif təyinatlı strateji əhəmiyyətli yol infrastrukturunun tikintisi, Ağdam şəhərinin daxili yollarının bərpası, Qubadlı-Eyvazlı, Hadrut-Tuğ-Azıx, Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarıdır.
Qeyd edilib ki, ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun isə 24,2 km hissəsinin açılış mərasimi keçirilib.
Böyük Qayıdışa dair I Dövlət Proqramından əlavə 2023-cü ildə cənab Prezidentin Sərəncamları ilə daha 3 layihənin icrası Agentliyə tapşırılıb. Bu ümumi uzunluqları 166.6 km olan Laçın şəhərinin daxili yollarının tikintisi, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun tikintisi və Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiridir.
Bundan əlavə məlumatda əks olunub ki, müzəffər ordumuz tərəfindən 2023-cü ildə aparılan bir günlük uğurlu antiterror əməliyyatından sonra cənab Prezidentin Sərəncamları ilə Agentlik tərəfindən tamamilə azad edilmiş ərazilərdə daha 7 avtomobil yolunun yenidən qurulması və tikintisi işlərinə başlanıldı və hazırda da davam etdirilir. Bu ümumi uzunluqları 501 km olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər, Ağdərə-Ağdam, Əsgəran, Tərtər-Ağdərə, Xankəndi-Şuşa-Laçın və Əsgəran-Xocalı-Xankəndi avtomobil yolları, həmçinin Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı strateji əhəmiyyətli avtomobil yollarıdır.
Köç qrafikinə uyğun olaraq Şuşa, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Füzuli və Xankəndi şəhərləri olmaqla 7 şəhər daxili avtomobil yollarının, həmçinin 24 kəndə aparan avtomobil yollarının və İsa Bulağı istirahət kompleksinə gedən yolun tikintisi də Agentlik tərəfindən aparılır.
“Ümumilikdə Agentliyimiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlara uyğun olaraq ümumi uzunluğu 3720,5 km təşkil edən 64 adda avtomobil yollarının tikintisi və 1 hava limanı tikintisi layihəsi icra edilir.
Qeyd olunan proqram və sərəncamlara uyğun olaraq Agentlik tərəfindən indiyədək ümumi uzunluğu 1 338,4 km təşkil edən 17 avtomobil yolunun tam, 1 layihənin isə qismən tikintisi başa çatdırılıb.
Avtomobil yolları üzərində ümumi uzunluğu – 70,9 km olan, 47 tunelin, ümumi uzunluğu - 9 581,6 pm olan, 447 körpünün, 3 871 pm olan, 16 viadukun tikintisi aparılır.
Ümumi uzunluğu 66,9 km olan 37 tuneldə qazma işləri başa çatdırılmış, uzunluğu 13,6 km olan 7 tunel istifadəyə verilmişdir.
Ümumi uzunluğu 8 839,1 pm olan 392 körpünün və uzunluğu 1 965 pm olan 9 viadukun tikintisi başa çatdırılıb”,- məlumatda deyilir.
00:25 / 14 May 2026
1
23:53 / 13 May 2026
176
23:36 / 13 May 2026
115
23:05 / 13 May 2026
411
23:05 / 13 May 2026
84
23:03 / 13 May 2026
63
23:00 / 13 May 2026
137
22:57 / 13 May 2026
57
22:55 / 13 May 2026
63
22:53 / 13 May 2026
50
22:38 / 13 May 2026
204
22:05 / 13 May 2026
84
21:30 / 13 May 2026
86
21:29 / 13 May 2026
109
21:22 / 13 May 2026
75
21:16 / 13 May 2026
74
21:15 / 13 May 2026
85
21:10 / 13 May 2026
72
21:09 / 13 May 2026
101
21:04 / 13 May 2026
70
20:58 / 13 May 2026
851
20:42 / 13 May 2026
87
20:32 / 13 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.