Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, 7 nəfər xəsarət alıb
17 Mart 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1201
09.01.2026, 10:26
Polkovnik: "9 yanvarda şəhid edilən Salatın Əsgərovanın qatillərini 5 ay sonra HƏBS ETDİK"
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın anım günüdür.
Oxu24.com bildirir ki, Salatın Əsgərova həm ilk hərbi jurnalist, həm ilk şəhid jurnalist, həm də ilk qadın Milli Qəhrəmanımızdır .
Özündən sonra gələn nəslə örnək olan Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.
Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi işləməyə başlayıb. Salatın Əsgərova Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedib, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi onun döyüş bölgəsinə getməsndən narahat olasalar da ona mane ola bilmirdilər. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi əldə etməyi bacara bilmişdir.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.
İlk şəhid jurnalist, ilk qadın Milli Qəhrəman
O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara alır. O, evdən hərbi forma geyinib çıxmır. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Ermənilər Qazaxda Salatın Əsgərovanı ölümdən xilas edən Larionovun başına 10 min rubulluq mükafat vəd edirlər.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ. Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir. Şəhidimiz Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edildi.
Həmçinin oxuyun
Salatın xanımın qatillərinin həbsi üçün əməliyyat hazırlanır. Milis kimi fəaliyyət göstərən Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi İsrafil Şahverdiyev, hazırda ehtiyatda olan polis polkovnikləri Orduxan Kərimov və Azay Kərimov əməliyyata cəlb edilir.
Oxu24.com-un əməkdaşı həmin əməliyyatda iştirak etmiş Azay Kərimovla həmsöhbət olub.
O,söhbətimizdə bildirdi ki, Salatın Əsgərovanın qatillərinin tutulmasında göstərdiyi peşəkarlığa görə prokuror İsmət Qayıbov ona 500 rubl mükafat verib:” Əsgərovanı vuran 6 nəfərlik bandanın başçısı, Qaladərəsi kəndinin fizika-riyaziyyat müəllimi Arno Mkrtıçyana görə erməninin 4 dinc sakinini vurdum. Onu kənddə xeyli axtardım, axırda məktəbin “podvalı”nda onu ələ keçirdim. Döyüşməyə cəsarəti çatmadı, dizlərini yerə qoyub ağladı. Beləliklə, qarşımızda ciddi maneələr olsa da, qatillər Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olundu”.
1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verildi.
ilk qadın olaraq 6 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. (20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb) Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.
BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BAŞ ƏYİRƏM!
Müsahibəni apardı: Əntiqə Rəşid
19:19 / 17 Mart 2026
2
19:08 / 17 Mart 2026
27
18:55 / 17 Mart 2026
150
18:42 / 17 Mart 2026
51
18:31 / 17 Mart 2026
39
18:21 / 17 Mart 2026
40
18:11 / 17 Mart 2026
52
18:00 / 17 Mart 2026
154
17:53 / 17 Mart 2026
191
17:47 / 17 Mart 2026
323
17:39 / 17 Mart 2026
310
17:28 / 17 Mart 2026
317
17:24 / 17 Mart 2026
63
17:20 / 17 Mart 2026
212
17:05 / 17 Mart 2026
50
17:05 / 17 Mart 2026
503
16:35 / 17 Mart 2026
992
16:28 / 17 Mart 2026
117
16:27 / 17 Mart 2026
85
16:20 / 17 Mart 2026
69
16:14 / 17 Mart 2026
51
16:08 / 17 Mart 2026
226
16:00 / 17 Mart 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.