Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlər Kabineti yeni QƏRAR QƏBUL ETDİ: Dəyişikliklərin İZAHI

news/2025_06_30/nazirler_kabinet2_1751281711.jpg

CƏMİYYƏT

10990

08.01.2026, 22:53

Təhsil haqqında dövlət sənədləri və dublikatları elektron formada veriləcək.

Oxu24.com-un  xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsinə dair yeni qaydalarda əksini tapıb.

Bununla əlaqədar “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv edilib.

Yeni qaydalara əsasən, ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) veriləcək. Diplom ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura və rezidentura səviyyələri üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 iş günü müddətində hazırlanacaq.

Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun dublikatı veriləcək.

Orta ixtisas təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) veriləcək.

Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun dublikatı təqdim olunacaq.

Peşə təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə), qısamüddətli kursları bitirən şəxslərə isə təhsil haqqında dövlət sənədi - sertifikat veriləcək.

Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın (sertifikatalanın) müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun (sertifikatın) dublikatı təqdim olunacaq..

Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə bitirən, həmçinin peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı tam orta təhsil almış şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat (attestata əlavə ilə birlikdə) veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətinə əsasən elektron sənəd formasında yaradılan attestatın dublikatı təqdim olunacaq.

Nazirlər Kabinetindən  verilən şərhdə bildirilib ki, qərara əsasən təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydalar təsdiqlənib.

Qəbul edilən Qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib.

Yeni Qərara əsasən, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.

Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur.

Yeni qaydaların əsas üstünlükləri:

- Təhsil haqqında dövlət sənədləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq;

- Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək;

- Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək;

- Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər;

- Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək.

Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.

Qəbul edilən dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir.