Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı
14 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
695
08.01.2026, 20:34
Son zamanlar geniş müzakirə olunan məsələlərdən biri də qış aylarında dərslərin bir saat gec başlamasıdır. Valideynlər səhər saat 8-də dərs başlayanda havanın hələ qaranlıq olmasından narahatdırlar. Məlumdur ki, hər kəs evinə yaxın məktəbdə təhsil almır. Rayon və kənd yerlərində isə qaranlıq havada dərsə getmək daha təhlükəli olur.
Əvvəllər saatlar yay və qış vaxtına uyğun olaraq irəli və ya geri çəkildiyi üçün bu cür problemlər yaranmırdı. Şagirdlər və müəllimlər qış aylarında əziyyət çəkmirdilər, dərslər isə hava aydınlaşdıqdan sonra başlayırdı. Lakin artıq bir neçə ildir ki, saatlar irəli-geri çəkilmir və buna görə də oxşar çətinliklər yaranır.
Mütəxəssislər hesab edirlər ki, qış mövsümündə dərslərin başlanma vaxtının saat 9:00-a keçirilməsi təhsilin daha təhlükəsiz və effektiv təşkilinə mühüm töhfə verə bilər.
Oxu24.com bildirir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssisin fikrincə, dərslərin qış aylarında saat 9-da başlaması mümkündür:
“Təbii ki, qış aylarında hava daha erkən qaralır. Xüsusilə də dekabrın 22–23-də qış fəsli daxil olarkən ilin ən uzun gecəsi qeydə alınır və bu dövrdə hava xeyli erkən qaralır. Səhər saatlarında isə günəş şüalarının düşməsi daha gec baş verdiyi üçün təbii olaraq, şagirdlərin dərsə başlama vaxtı hələ qaranlıq vaxta təsadüf edir. Bu vəziyyət təxminən bir ay, bəzən isə bir ay yarım müddətində davam edir. Yəni demək olar ki, fevral ayının əvvəllərindən etibarən havanın tədricən işıqlandığını müşahidə edirik.
Lakin məsələ ondadır ki, şagirdlərin qaranlıq şəraitdə təhsil müəssisələrinə getməsi, üstəlik onların əksəriyyətinin məktəblərə yaxın ərazilərdə deyil, uzaq məsafələrdən daşınması müəyyən narahatlıqlar yaradır. Bu narahatlığın aradan qaldırılması üçün müəyyən bir dövr ərzində – məsələn, bir aylıq və ya 40 günlük müddət üçün dərslərin saat 09:00-da başlanması mümkündür. Hətta dekabr, yanvar və fevral aylarında dərslərin bu saatda başlanmasının tətbiq edilməsi də mümkündür.
Doğrudur, bu tətbiq şəhər mühitində həyata keçirildiyi halda nəqliyyat sıxlığının daha uzunmüddətli olmasına gətirib çıxara bilər. Bölgələrdə isə belə bir problemlə üzləşməyəcəyik. Amma paytaxtda bu qərar tətbiq olunduğu təqdirdə, şagirdlər daha işıqlı şəraitdə təhsil müəssisələrinə gedə biləcəklər ki, bu da onların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına səbəb olar”.
Elçin Əfəndi həmçinin vurğulayıb ki, dərslərin saat 8-də və ya 9-da başlamasının təhsilin effektivliyinə birbaşa təsir göstərmir:
“Ola bilsin ki, bu dəyişiklik müəyyən qədər davamiyyətə təsir etsin və ya gecikmə hallarının artmasına səbəb olsun. Lakin təsir məhz bu məqamlarla məhdudlaşır. Effektiv təhsil metodları dərsin bir saat tez və ya gec başlamasından asılı deyil.
Ümumilikdə isə dərslərin qış aylarında saat 9-da başlaması müəyyən edilsə, burada ciddi bir problem yaranmaz. Hava hələ tam işıqlanmadığı üçün şagirdlər bəzən yuxulu vəziyyətdə olur və tam ayıla bilmirlər ki, bu da müəyyən qədər təsir göstərə bilər. Amma eyni zamanda, erkən saatlarda oyandıqları üçün beyinlərinin daha “təmiz” vaxtı olur və dərs prosesinə daxil olduqları zaman bilik və bacarıqları yenə də mənimsəyə bilirlər.
Lakin gündüz vaxtının daha işıqlı olması, xüsusilə də birbaşa təhlükəsizlik baxımından baxdıqda, dərslərin saat 9-da başlamasının zəruri olduğunu demək olar”.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.