5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1123
08.01.2026, 19:19
2026-cı ildə Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin qadağan edilməsi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, 2026-cı ildə Azərbaycanda yaslarda ehsan verilməsinin qadağan edilməsi mümkündürmü?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Elvüsal Məmmədov bildirib ki, hazırkı proseslər fonunda hər hansı rəsmi qadağanın tətbiqi real görünmür.
İlahiyyatçı qeyd edib ki, indiyədək aparılan müzakirələr qadağadan daha çox maarifləndirmə və tövsiyə xarakteri daşıyır:
“Fikrimcə, indiyə qədər gedən proseslərdə hansısa qadağanın şahidi olmuruq. Daha çox məsləhətləşmələr aparılır, maarifləndirici işlər görülür. Yas mərasimlərinin təşkili ilə bağlı dinin həqiqi mövqeyi insanlara izah olunur”.
Hökumət Azərbaycan xalqının dini iradəsini təsdiqləyir - Elvüsal Məmmədov | Hafta.az
Elvüsal Məmmədovun sözlərinə görə, bu maarifləndirmə nəticəsində artıq bir çox kənd və rayonlarda, ağsaqqalların da ümumi razılığı ilə yas mərasimlərində əvvəlki ənənələr tədricən aradan qalxır:
“Görürük ki, indiyə qədər mövcud olan bəzi ənənələr artıq yas mərasimlərində tətbiq olunmur. Təbii ki, bunu istəməyənlər də var. Yaslarda yemək verilməsinin qadağan edilməsinə qarşı çıxan şəxslər arasında çox zaman maddi maraq güdənlər də olur”.
İlahiyyatçı vurğulayıb ki, din xadimlərinin əsas məqsədi yas mərasimlərində qidalanma deyil, mərhumun ailəsinə mənəvi dəstək göstərməkdir:
“Əgər bizim məqsədimiz insanları maarifləndirmək, vəfat etmiş şəxslə bağlı dinin mövqeyini izah etmək və ona dua etməkdirsə, yeməyin verilməməsi bizi narahat etməməlidir. Din xadiminin vəzifəsi kədər içində olan ailənin yanında olmaq, düzgün dəfn qaydalarının təmininə töhfə verməkdir”.
Elvüsal Məmmədov əlavə edib ki, bu yanaşma cəmiyyətdə din xadimi ilə bağlı formalaşmış bəzi stereotiplərin də dəyişməsinə səbəb ola bilər:
“Biz elə etməliyik ki, yaslarda yalnız qidalanma ilə gündəmə gələn din xadimi obrazı yaddaşlardan silinsin və daha mütərəqqi, maarifçi din xadimi modeli formalaşsın”.
Qeyd edək ki, son illər Azərbaycanda yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı ictimai müzakirələr intensivləşib və bir çox bölgələrdə bu istiqamətdə könüllü təşəbbüslər həyata keçirilir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.