Sabiq nazirə artıq pensiya ödənilibmiş - İndi geri alınır
30 Yanvar 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
437
08.01.2026, 17:43
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 2026-cı il üzrə ilk səyyar qəbulunu Neftçala rayonunun Xol Qaraqaşlı kəndində kənd sakinləri ilə keçirib.
Oxu24.com xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xol Qaraqaşlı kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb. İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “"Şəhərsalma və memarlıq ili" - Azərbaycanın uğurlu və dayanıqlı inkişafının təzahürü”dür mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, “Şəhərsalma və memarlıq ili” Azərbaycanın uğurlu və dayanıqlı inkişaf strategiyasının mühüm təzahürüdür. Bu təşəbbüs ölkəmizdə müasir şəhərsalma prinsiplərinin tətbiqini, tarixi-mədəni irsin qorunmasını və innovativ memarlıq həllərinin təşviqini bir araya gətirir. İnsan mərkəzli yanaşma, ekoloji tarazlıq və funksional infrastrukturun inkişafı şəhərlərin rəqabətqabiliyyətini artırmaqla yanaşı, vətəndaşların həyat keyfiyyətini yüksəldir. Bu il çərçivəsində həyata keçirilən layihələr regional inkişafı gücləndirir, “ağıllı şəhər” və “yaşıl məkan” konsepsiyalarını genişləndirir və gələcək nəsillər üçün dayanıqlı mühit formalaşdırır.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub və “Şəhərsalma və Memarlıq ili” ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, müasir şəhər mühitinin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs dövlətin uzunmüddətli inkişaf prioritetlərinə uyğun olaraq, şəhərsalma sahəsində sistemli islahatların aparılmasını və memarlıq fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini təmin edir.
RİH-in başçısı bildirib ki, son illər həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, regionların sosial infrastrukturunun yenilənməsi, müasir yaşayış komplekslərinin inşası və “ağıllı şəhər” konsepsiyasının tətbiqi Azərbaycanın dayanıqlı inkişaf modelinin uğurla reallaşdırıldığını nümayiş etdirir. Eyni zamanda, milli memarlıq ənənələrinin müasir memarlıq üslubu ilə uzlaşdırılması şəhərlərin estetik görünüşünü zənginləşdirir, insanların rahat və təhlükəsiz yaşayış mühitinə olan tələbatını qarşılayır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən işlər urbanizasiya proseslərinin ekoloji balansın qorunması, resurslardan səmərəli istifadə və sosial rifahın yüksəldilməsi prinsipləri əsasında tənzimlənməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə müasir, innovativ və dayanıqlı inkişaf edən ölkə kimi mövqeyini daha da möhkəmləndirir və gələcək nəsillər üçün sağlam, funksional və estetik şəhər mühitinin formalaşdırılmasına zəmin yaradır.
Həmçinin oxuyun
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən drenaj sistemlərinin təmizlənməsi, işsizlik məsələləri, kənddaxili yolların təmiri, ailə sağlamlıq mərkəzinin fəaliyyətinin yaxşılaşdırılması, kənd ərazisində su bulaqlarının sayının artırılması və təmiri, özünüməşğulluq proqramları və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilmiş, ətraflı müzakirə olunmuş və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
21:10 / 30 Yanvar 2026
13
20:58 / 30 Yanvar 2026
40
20:49 / 30 Yanvar 2026
82
20:31 / 30 Yanvar 2026
50
20:10 / 30 Yanvar 2026
48
20:07 / 30 Yanvar 2026
931
19:58 / 30 Yanvar 2026
213
19:43 / 30 Yanvar 2026
89
19:31 / 30 Yanvar 2026
166
19:20 / 30 Yanvar 2026
56
19:09 / 30 Yanvar 2026
78
19:05 / 30 Yanvar 2026
70
18:53 / 30 Yanvar 2026
92
18:39 / 30 Yanvar 2026
79
18:26 / 30 Yanvar 2026
258
18:14 / 30 Yanvar 2026
88
18:04 / 30 Yanvar 2026
114
17:59 / 30 Yanvar 2026
109
17:57 / 30 Yanvar 2026
954
17:45 / 30 Yanvar 2026
126
17:40 / 30 Yanvar 2026
73
17:37 / 30 Yanvar 2026
153
17:28 / 30 Yanvar 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.