5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
623
08.01.2026, 13:59
Bərdə Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu24.com-a verilən məlumata görə, tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.
Qrup üzvlərindən biri, S.Kərimzadə, Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara aid 2 ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.
Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Hüseynov da Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.
Onlardan ümumilikdə 4 ədəd “Kalaşnikov” avtomatı, 4 patron darağı və 60 ədəd patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.