Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı
14 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
562
08.01.2026, 13:45
Toyda 50 nəfər iştirak edib. Bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak ediblər. O toyda məgər Cenifer Lopez və ya Teylor Svift gəlib oxuyurdu? Orada cəmi iki müğənni olub. Halbuki Azərbaycanda ən zəif toya 10 müğənni gətirilir. Bu toyda dəbdəbə haradadır? Bunu niyə şişirdib mənə bağlayırlar ki?! Hər kəsin qazancı özünündür.
Oxu24.com xəbər verir ki, sözləri deputat Razi Nurullayev TV Müsavat-ın canlı efirində, Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı söhbət” verilişində deyib.
Deputat bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər: “Onlar Rusiya vətəndaşlarıdır, övladları orada doğulub, böyüyüblər. Mən onların üzünü 3-5 ildən bir görürəm. Öz həyatı, öz işi, biznesləri var. Qardaşlarım bu pulları hansı zülmlərlə qazanıblar, Allah bilir. Onların biznesləri, pulları məni maraqlandırmır, marağımda deyil. Toyu olan qardaşım oğlu bu məclisi öz pulu ilə təşkil edib. Bizneslə məşğuldur, atasının puluna ehtiyacı yoxdur. Xanımının ailəsi də imkanlıdır.”
Deputat qardaşı oğlunun toyunun təmtaraqlı keçirilməsindən də danışıb: “Toyda 50 nəfər iştirak edib. Bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak ediblər. O toyda məgər Cenifer Lopez və ya Teylor Svift gəlib oxuyurdu? Orada cəmi iki müğənni olub. Halbuki Azərbaycanda ən zəif toya 10 müğənni gətirilir. Bu toyda dəbdəbə haradadır? Bunu niyə şişirdib mənə bağlayırlar ki?! Hər kəsin qazancı özünündür. Hətta bu şəxs qardaşın olsa belə, onun pulunun sənə aidiyyəti yoxdur. Qarşılıqsız sevgini, pulu insana ancaq ata və anası verə bilər. Yenə də deyirəm ki, bu toy dəbdəbəli olmayıb. Saat 5-də başlayıb və axşam 10-un yarısı bitib. İndi Azərbaycan toylarına baxaq. Masaya qoyulan yeməklərin 80 faizi atılır. Mən həmişə buna qarşı çıxmışam. Şadlıq evlərində səs uducunun olmamasını demişəm və deyirəm də. Mən əgər gedib toy etsəm və bu toyda israfçılığa yol versəm, insanların məni qınamağa haqqı var. Amma mənim Rusiya vətəndaşı olan və orada yaşayan qardaşıma görə cavabdeh deyiləm. Qardaşıma ağıl vermək hüququm yoxdur və özümü ondan ağıllı hesab etmirəm. Mən biznes bacarsaydım, siyasətə də gəlməzdim və qulağım da sakit olardı. Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər. Bu onun öz işidir”.
00:25 / 14 May 2026
181
23:53 / 13 May 2026
295
23:36 / 13 May 2026
188
23:05 / 13 May 2026
646
23:05 / 13 May 2026
206
23:03 / 13 May 2026
93
23:00 / 13 May 2026
174
22:57 / 13 May 2026
82
22:55 / 13 May 2026
95
22:53 / 13 May 2026
76
22:38 / 13 May 2026
320
22:05 / 13 May 2026
213
21:30 / 13 May 2026
116
21:29 / 13 May 2026
141
21:22 / 13 May 2026
97
21:16 / 13 May 2026
156
21:15 / 13 May 2026
117
21:10 / 13 May 2026
92
21:09 / 13 May 2026
134
21:04 / 13 May 2026
177
20:58 / 13 May 2026
1092
20:42 / 13 May 2026
207
20:32 / 13 May 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.