5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
665
08.01.2026, 12:15
Azərbaycanın tanınmış kulinariya platformalarından biri olan Dadkes.az sosial media səhifəsinə son günlər İrandan müxtəlif adlar altında ölüm təhdidi xarakterli mesajlar daxil olur.
Oxu24.com xəbər verir ki, bloqun müəllifi Modern.az-a açıqlamasında bölgə mətbəxinə aid videolar paylaşdığı üçün hədəfə alındığını bildirib.
Məlumata görə, İran xüsusi xidmət orqanının əməkdaşları olduqları ehtimal edilən istifadəçilər səhifə sahibinə qarşı ölümlə hədələyən mesajlar göndərirlər. Təhdidlərin səbəbi kimi bloqda Təbriz, Culfa, Ərdəbil, Urmiya və digər Güney Azərbaycan bölgələrinə məxsus yeməklərin hazırlanması və bu videolarda Azərbaycan bayrağının istifadəsi göstərilir. Sözügedən vizualların paylaşılması bəzi dairələr tərəfindən “siyasi jest” kimi qiymətləndirilib və bu, İranda sosial media vasitəsilə koordinasiya edilən hücumlara səbəb olub.
Səhifə sahibi Ülkər Zeynalova bildirib ki, baş verənlər ifadə azadlığının və mədəni irsə bağlılığın hədəfə alınmasıdır: “Biz sadəcə öz soydaşlarımızın mətbəxini və ənənələrini tanıtdırırıq. Təhdidlərin artması məni narahat edir, buna görə də müvafiq dövlət qurumlarına müraciət edəcəyəm”.
Hazırda təhdid mesajlarının hansı qruplar tərəfindən koordinasiya edildiyi araşdırılır.
Dadkes.az rəhbərliyi hüquq-mühafizə və xüsusi xidmət orqanlarına müraciət edəcəyini təsdiqləyib və qeyd edib ki, fəaliyyətlərini dayandırmayacaqlar.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi bloq sahibinə dəstək ifadə edərək mədəni irsin təbliğinin heç bir halda təhdid obyektinə çevrilə bilməyəcəyini vurğulayıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.