5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
779
07.01.2026, 22:38
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.
Oxu24.com xəbər verir ki, səfər çərçivəsində L.Əliyeva rayonun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və "Kənd Həyatı" (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib.
Çəkilişlər zamanı L.Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.
L.Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin təbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə uğurlar arzulayıb.
Qeyd edək ki, "Kənd Həyatı" YouTube kanalı 8 milyondan çox izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanır.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.