5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
745
07.01.2026, 21:07
Məlum olduğu kimi, Azərbaycanda 2026-cı il - "Şəhərsalma və Memarlıq ili” elan olunub.
Bu da o deməkdir ki, bu il şəhərsalma sahəsində mühüm və yaddaqalan addımlar atılacaq. Xüsusilə də, ölkənin daşınmaz əmlak bazarında canlanma gözlənilir.
Bəs "Şəhərsalma və Memarlıq ili"ndə sənədsiz evlərə amnistisiya tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, belə bir ehtimalın olduğunu bildirib:
“Son illərdə bu məsələ ətrafında kifayət qədər müzakirələr aparılır. Hesab edirəm ki, “əmlak amnistiyası”nın verilməsinə ötən il daha yaxın idik. Olmadı...
Amma düşünmürəm ki, bu istiqamətdə imkanlar tükənib. Təbii ki, hökumət də bu problemin həllində maraqlıdır. Görünən odur ki, problemin həlli istiqamətində hökumət tərəfindən qanunauyğun yollar axtarılır, araşdırılır. Hələ ki, optimal həll yolu tapılmayıb.
Düşünürəm ki, bu il sənədsiz evlər probleminin həlli üçün uğurlu bir il olacaq. Nəzərə alaq ki, bu problemin həlli vətəndaşlarla yanaşı dövlətin də maraqlarına xidmət edir. Çünki qeyri-rəsmi alqı-satqıdan, dövriyyədən dövlət kənarda qalıb. Bununla da dövlət hər il milyonlarla manat vəsait itirir. İnanıram ki, "Şəhərsalma və Memarlıq ili"ndə sənədsiz evlərlə bağlı problem öz həllini tapacaq”.
Qeyd edək ki, təkcə Abşeron yarımadasında sənədsiz evlərin sayının 500 mindən çox olduğu ehtimal edilir.Bizim.Media
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.