Bu ərazilərdə işıq OLMAYACAQ
14 May 2026, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1143
07.01.2026, 17:59
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs dövlət mükafatları ilə təltif edilib.
Həmin şəxslərdən biri də dünya miqyasında tanınan azərbaycanlı alim, ixtiraçı və elektronika mühəndisi Xəlil Kələntər Əliməmməd oğludur.
O, Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Oxu24.com “Tərəqqi” medalı ilə təltif olunan Xəlil Kələntər oxucular üçün maraqlı bioqrafiyasını təqdim edir.
Kələntər Xəlil LCD displeylər sahəsində inqilabi ixtiraları ilə tanınan azərbaycanlı alim və mühəndisdir. Onun elmi yenilikləri bu gün milyonlarla insanın gündəlik istifadə etdiyi texnologiyaların əsasını təşkil edir.
Alim 1981-ci ildə professor kimi çalışmaq üçün Yaponiyaya, Naqoya Universitetinə dəvət alıb və burada 10 il elmi-pedaqoji fəaliyyət göstərib. Xəlil Kələntər fəlsəfə doktoru (PhD) elmi dərəcəsini Naqoya və Tohoku universitetlərində alaraq optika və elektronika sahəsində ixtisaslaşıb.
Xəlil Kələntər 3 kitabın müəllifi, 6 kitabın isə həmmüəllifidir. O, həmçinin 150-dən çox elmi məqalənin müəllifidir. Alimin tədqiqatları nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub və yüksək sitat indeksinə malikdir.
Onun elmi nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, 2008-ci ildə Xəlil Kələntər İnformasiya Displeyləri Cəmiyyətinin (Society for Information Display – SID) fəxri üzvü seçilib.
2011-ci ildə isə SID tərəfindən “Ən yaxşı elmi məqalə” mükafatına layiq görülüb.
Peşəkar karyerası ərzində alim ikiölçülü optik koherent təsvirlər, optik-elektron sensorlar, ölçmə cihazları və yüksək dəqiqlikli texnoloji sistemlər üzərində işləyib.
1995-ci ildən etibarən LCD panellər üçün optik qurğular və modulların hazırlanması ilə məşğul olub. Bu dövrdə o, Fujitsu, Sony və Global Optical Solutions kimi dünya nəhəngi şirkətlərlə əməkdaşlıq edib. Mütəxəssislərin fikrincə, Kələntər Xəlil Sony VAIO brendinin texnoloji konsepsiyasının formalaşmasında mühüm rol oynayıb.
Alim 2007-ci ilin may ayında LCD ekranların işıqlandırılması üçün tamamilə yeni optik dizayn metodunun ixtirasına görə xüsusi mükafatla təltif edilib.
Kələntər Xəlil maye-kristal displeylərin (LCD) arxa işıqlandırma texnologiyasının əsas ixtiraçılarından biri hesab olunur. Bu texnologiya hazırda mobil telefonlar, televizorlar, monitorlar və digər elektron cihazlarda geniş istifadə edilir.
Qeyd edək ki, ilk nəsil iPhone və iPod Nano modellərində məhz onun həmmüəllifi olduğu texnologiyadan istifadə olunub.
Azərbaycanlı alimin displey texnologiyaları sahəsində 100-ə yaxın patenti mövcuddur. Onun ixtiraları dünya texnologiya bazarında bu gün də aktual olaraq qalır.
Xəlil Kələntər “Tərəqqi” medalı ilə təltif edilməsi Azərbaycan elminin beynəlxalq aləmdə qazandığı uğurların və diaspor nümayəndələrinin ölkə adına verdiyi töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
10:15 / 14 May 2026
1
10:14 / 14 May 2026
10
10:12 / 14 May 2026
11
10:11 / 14 May 2026
12
10:08 / 14 May 2026
17
09:32 / 14 May 2026
40
09:12 / 14 May 2026
50
00:25 / 14 May 2026
237
23:53 / 13 May 2026
364
23:36 / 13 May 2026
247
23:05 / 13 May 2026
907
23:05 / 13 May 2026
271
23:03 / 13 May 2026
112
23:00 / 13 May 2026
200
22:57 / 13 May 2026
101
22:55 / 13 May 2026
108
22:53 / 13 May 2026
84
22:38 / 13 May 2026
450
22:05 / 13 May 2026
264
21:30 / 13 May 2026
139
21:29 / 13 May 2026
167
21:22 / 13 May 2026
115
21:16 / 13 May 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.