5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1203
07.01.2026, 17:51
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs dövlət təltiflərinə layiq görülüb.
Təltif olunan şəxslər arasında dünya şöhrətli alim, tanınmış nevroloq, professor Aşina Məsud Rüstəm oğlu da var.
O, Prezidentin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Oxu24.com “Şöhrət” ordeninə layiq görülən Aşina Məsudun bioqrafiyasını təqdim edir:
Aşina Məsud 29 dekabr 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Daha sonra elmi fəaliyyətini Avropada davam etdirən Aşina Məsud 2000-ci ildə Kopenhagen Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru, 2003-cü ildə isə həmin universitetdə tibb elmləri doktoru elmi dərəcəsini alıb.
Hazırda o, Kopenhagen Universitetinin Sağlamlıq və Tibb Elmləri fakültəsində nevrologiya üzrə professor və baş məsləhətçi vəzifəsində çalışır. Eyni zamanda Riqospitalet Qlostrup xəstəxanasında fəaliyyət göstərən Danimarka Nevrologiya və Baş Ağrısı Mərkəzinin aparıcı mütəxəssislərindən biridir.
Aşina Məsud beynəlxalq elmi dairələrdə də böyük nüfuza malikdir. O, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin (International Headache Society) rəhbəri, eləcə də İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. Onun tədqiqatları xüsusilə migren və baş ağrıları sahəsində dünya elminə mühüm töhfələr verib.
Alimin elmi irsi olduqca zəngindir. Aşina Məsudun 300-dən artıq elmi məqalə, qəzet yazısı və kitab fəsli dərc olunub. Yalnız PubMed elmi bazasında onun 1997–2017-ci illər ərzində 158 rəsmi elmi işi qeydiyyata alınıb.
Dünya miqyasında tanınan azərbaycanlı alim Aşina Məsudun “Şöhrət” ordeni ilə təltif edilməsi onun həm elmi nailiyyətlərinə, həm də Azərbaycan diasporunun inkişafına verdiyi töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirilməsidir.
Turan Etibaroğlu
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.