5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
955
07.01.2026, 16:07
2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib. Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir:
"Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".
Bəs, metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq?
Oxu24.com xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsafəyə görə gedişhaqqı bütün nəqliyyat növlərində tətbiq olunacaq:
"Metro buna hazırdır. Ona görə bu məsələ müzakirə olunur. Metroda bütün stansiyalarda turniketlər var, sistem qurulub. Amma sistemin avtobuslarda qurulması bir az çətinlik yaradacaq. Çünki avtobusların hamısı nağdsız ödənişə keçməyib. Dəmir yolunun ardınca bu sistem metroda həyata keçiriləcək"
Elməddin Muradlının sözlərinə görə, az məsafə qət edən sərnişin az gedişhaqqı ödəyəcək, daha uzun məsafə qət edən sərnişin isə çox pul ödəyəcək:
"Bu, təxminən indiki qiymətlə müqayisədə 20 qəpik civarında fərq edə bilər. Məsələn, 10-12 dayanacaq qət edən sərnişin kartı turniketə yaxınlaşdıranda 80 qəpik çıxacaq. Bu sistemi qurmaq elə də asan deyil. Bütün stansiyalarda terminallar olmalıdır. Məsələn, sərnişin kartını turniketə yaxınlaşdıranda avtomatik ondan 60 qəpik çıxılır. Stansiyadan çıxanda sərnişin yenə də kartı oxutduracaq ki, getdiyi məsafəyə görə gedişhaqqı çıxılsın. Az məsafə qət edən sərnişindən məsələn, 40-30 qəpik çıxılacaq, yerdə qalanı karta qayıdacaq".
Elməddin Muradlı sistemin hansı ayda həyata keçiriləcəyindən məlumatsız olduğunu vurğulayıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.