5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
675
07.01.2026, 15:30
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 13-nə təyin edilib.
Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, ABŞ-ın Kaliforniya statında yaşadığı dövrdə ad, soyadını Viktor Aleksandr kimi dəyişib. 2017-ci ilin mart-may aylarında ayrı-ayrı 5 video müraciət hazırlayıb. O, həmin videolarda Azərbaycan vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa, Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağı təşviq edən açıq çağırışlar edib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.