TƏBİB-in rəhbəri ilə görüşmək istəyənlərin DİQQƏTİNƏ!
14 May 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
07.01.2026, 14:39
Ötən gündən deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlununun Dubaydakı dəbdəbəli toy ölkə gündəmini zəbt edib.
Oxu24.com Milli.Az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.
Məclisin əsas aparıcısı isə Nanə Ağamalıyeva olub, sənətçi qonaqlar arasında isə xalq artisti Aygün Kazımova dəvət olunub.
Ümumilikdə bütün təşkilatı və digər işlər Bakıdan çağırılıb.
Aygün Kazımovanın dəvət olunmasına 100 min manat ödənilib. Məclisin aparıcı Nanə Ağamalıyeva tərəfindən idarə olunması isə toy sahibinə 25 min manata başa gəlib.
Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy kravanında lüks avtomobillərin iştirakına da böyük məbləğ ödənilib. Toy mərasimi isə Dubayın məşhur "Ritz-Carlton" hotelində keçirilib.
Bəs Razi Nurullayevin qardaşı Hasil Nurullayev kimdir?
Milli.Az-ın əldə etdiyi məlumata görə, Hasil Nurullayev tikinti sahəsində tanınmış iş adamıdır. Razi Nurullayevin qardaşları Hasil və Hüseyn Nurullayevlər tikinti sahəsində biznesləri olan şəxslərdir. Dubayda toyu olan Razi Nurullayevin qardaşı oğlu Şahin Nurullayev də Sankt-Peterburqda daşınmaz əmlak və tikinti sahəsində biznes fəaliyyəti ilə məşğuldur.
Azərbaycanda Nurullayevlərə məxsus olduğu deyilən "Astroy", "Eyubov" və "Seyidoğlu" MMC şirkətlərinin adları çəkilir. Qardaşların əsas biznes fəaliyyətlərini Azərbaycanda və Rusiyada apardıqları bildirilir.
Həmçinin oxuyun
13:20 / 14 May 2026
1
13:08 / 14 May 2026
24
12:55 / 14 May 2026
32
12:44 / 14 May 2026
195
12:35 / 14 May 2026
42
12:28 / 14 May 2026
47
12:19 / 14 May 2026
281
12:03 / 14 May 2026
107
11:59 / 14 May 2026
67
11:46 / 14 May 2026
63
11:41 / 14 May 2026
217
11:38 / 14 May 2026
71
11:31 / 14 May 2026
443
11:17 / 14 May 2026
55
11:13 / 14 May 2026
63
11:09 / 14 May 2026
57
11:05 / 14 May 2026
59
11:01 / 14 May 2026
263
10:52 / 14 May 2026
617
10:44 / 14 May 2026
63
10:42 / 14 May 2026
63
10:15 / 14 May 2026
64
10:14 / 14 May 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.