Qaynar xətt:

(+99450) 247 90 86

Unikal rütbə və status daşıyan   VƏZİFƏLİLƏR: Ən yüksək rütbə,orden və ad KİMDƏDİR?    —   SİYAHI

news/2025_12_11/memur_t_1765451552.jpg

CƏMİYYƏT

544

07.01.2026, 13:05

Dövlət tərəfindən verilən ali hərbi rütbələr, fəxri adlar və ordenlər təkcə status deyil, eyni zamanda etimad, nüfuz və məsuliyyət göstəricisidir. Azərbaycan tarixində bu ali statuslara layiq görülmüş, lakin sonradan müxtəlif səbəblərdən — əsasən ağır cinayətlər, dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə əlaqədar — həmin ad və rütbələrdən məhrum edilmiş şəxslər də olub. Bu yazıda həm tarixi məhrumetmə faktları, həm də hazırkı dövrdə ali rütbə və status daşıyan şəxslər haqqında sistemli icmal təqdim olunur.

Oxu24.com həmin faktları təqdim edir:

Milli Qəhrəman adından məhrum edilənlər

Sürət Hüseynov

1994-cü ilin oktyabr hadisələri Azərbaycanın siyasi tarixində dönüş nöqtələrindən biri oldu.

6 oktyabr 1994-cü il – Sürət Hüseynov Milli Məclisin deputatlığından,

7 oktyabr 1994-cü il – baş nazir vəzifəsindən uzaqlaşdırıldı.

14 oktyabr 1994-cü ildə Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verdi, barəsində həbs qətimkan tədbiri seçildi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul olundu.

30 oktyabr 1994-cü il tarixində “Azərbaycan Milli Qəhrəmanı” adı və “Azərbaycan Bayrağı” ordeni rəsmi şəkildə ləğv edildi.

8 fevral 2000-ci il – dövlət çevrilişinə cəhd maddəsi ilə 15 il azadlıqdan məhrum edilib.

18 iyul 2001-ci il – Prezidentin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.

Ordenlərdən məhrum edilən hərbçilər

Xosrov Mustafayev

Goranboydakı 157 saylı briqadanın komandir müavini olmuş Xosrov Mustafayev 1995-ci ildə dövlət çevrilişinə cəhddə iştirakına görə həbs edilib.

O, 1 yanvar və 5 oktyabr 1994-cü illərdə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunsa da, 24 yanvar 2006-cı ildə hər iki ordendən məhrum edilib.

General rütbəsi daşıyan yeganə qadın

Azərbaycanda general rütbəsi daşıyan yeganə qadın Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovadır.

Onun dövlət qulluğundakı fəaliyyəti 1990-cı illərin sonlarından başlayır. Uzun illər Dövlət Gömrük Komitəsində çalışdıqdan sonra FHN-ə dəvət olunub və artıq 20 ildən çoxdur kadr siyasətinə rəhbərlik edir.

Müdafiə Nazirliyində general-polkovnik

Hazırda Müdafiə Nazirliyində general-polkovnik hərbi rütbəsində olan əsas vəzifəli şəxslər:

Zakir Həsənov – Müdafiə naziri

Kərim Vəliyev – Birinci müavin, Baş Qərargah rəisi

Hikmət Mirzəyev – Müdafiə nazirinin müavini

Unikal rütbə və status daşıyan şəxslər

Mədət Quliyev

Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev ölkə tarixində üç fərqli ali rütbə almış yeganə şəxsdir:

Polis general-mayoru

Ədliyyə general-leytenantı

General-polkovnik

Dövlət qulluğunda ən ali ixtisas dərəcəsi

Hazırda dövlət qulluğunda “Həqiqi dövlət müşaviri” ən ali ixtisas dərəcəsini daşıyan yeganə şəxs Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir.

Birbaşa ali xüsusi rütbə alan

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov birbaşa ali xüsusi rütbə verilmiş yeganə vəzifəli şəxsdir.

Ordenlər və rütbələrlə bağlı maraqlı faktlar

“Heydər Əliyev” ordenindən sonra ən yüksək ordenlər:

“Zəfər”, “Qarabağ”, “İstiqlal”

Ölkənin ali hərbi ordeni statusunda olan “Şah İsmayıl” ordeni ilə indiyə qədər kim təltif olunmayıb. “Şah İsmayıl” ordeni 1993-cü ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə təsis edilib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib. Orden özünün statusuna görə çox yüksəkdir. Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissələrin və birləşmələrinin komandirləri təltif edilməlidir.

Orden ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi sidmətlərinə görə, görkəmli sərkərdəlik fəaliyyətinə görə, fövqaladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir. “Şah İsmayıl” ordeninin taxılma statusu onun ali mükafat olduğnu bir daha subut edir.

Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” sənədə görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir.

“Şah ismayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfdə “Şah İsmayıl” yazılıb. Ondan aşağıda ordenin nömrəsi həkk edilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək rütbə olan admiral bu günə qədər heç kimə verilməyib.

Admiral rütbəsinin quru qoşunları və HHQ-də ekvivalenti general-polkovnik sayılır.

SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk və yeganə azərbaycanlı Tofiq Ağahüseynov olub.

General rütbəsindən və ordenlərdən məhrum edilənlər

Bu kateqoriyaya müxtəlif illərdə yüksək vəzifələr tutmuş şəxslər daxildir:

Natəvan Mirvətova – Azərbaycanda general-mayor rütbəsi verilmiş ilk qadın; 2018-ci ildə rütbələrinin alınması ilə bağlı Prezidentə təqdimat göndərilib.

Əhməd Əhmədov – Naxçıvan MR daxili işlər naziri (2000–2017), bir neçə ali rütbə və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.

Vəli Ələsgərov – sabiq MTN rəhbəri, 2016-cı ildə general-leytenant rütbəsindən və orden-medallardan məhrum edilib.

Mövlam Şixəliyev – 2023-cü ildə general-mayor rütbəsi və dövlət təltifləri ləğv edilib.

Tofiq Həsənov – 2024-cü ildə ədliyyə general-mayoru rütbəsindən məhrum edilib.

Səfir və dövlət müşaviri statusundan məhrum edilənlər

Arif Məmmədov – 2015-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsindən məhrum edilib.

İxtiyar Şirin – 1992-ci ildə həqiqi dövlət ədliyyə müşaviri rütbəsi alsa da, 1993-cü ildə bu statusdan məhrum edilib.

Fəxri addan məhrum edilən yazıçı

Əkrəm Əylisli

“Daş yuxular” əsərinə görə kəskin ictimai-siyasi müzakirələrə səbəb olan Əkrəm Əylisli 7 fevral 2013-cü il tarixli sərəncamla Prezidentin fərdi təqaüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilib.

Nəticə

Azərbaycan təcrübəsi göstərir ki, ali rütbə və fəxri adlar ömürlük toxunulmaz status deyil. Dövlət bu adları yalnız xidmət və sədaqətlə deyil, eyni zamanda məsuliyyət və davranışla qorumağı tələb edir. Tarixi faktlar sübut edir ki, qanun qarşısında hər kəs bərabərdir və verilən ali adlar yalnız ləyaqət qorunduğu müddətcə yaşaya bilər.

Hazırladı: Turan Etibaroğlu