"Yaxşı ki, Z.Balayan çox yaşayıb Qarabağ ermənilərinin "miatsum"unun acınacaqlı sonunu gördü"
05 Aprel 2026, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
591
07.01.2026, 12:41
Dünən teleqram kanallarında Rusiya İstintaq Komitəsinə aid olduğu və Azərbaycan Baş Prokurorluğuna ünvanlandığı məktubun görüntüləri yayılıb.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrında Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilmədiyi, daha sonra eniş zamanı yerə çırpıldığı, bu əsasda cinayət işinə xitam verildiyi bildirilən məktub ölkə ictimaiyyəti arasında ciddi rezonans doğurub.
Maraqlıdır ki, məktubun məzmunu Rusiya Prezidenti Vladimir Putinin ötən ilin oktyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi rəsmi mövqeyi ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir. Rusiya lideri bu zaman AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf etmişdi. Putin həmçinin qeyd etmişdi ki, Rusiya qəza ilə əlaqədar bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək.
Sosial şəbəkələrdə bir çoxları həmin məktubun həqiqi olmasına dair şübhələr səsləndirib, onun feyk ola biləcəyini irəli sürüblər. Lakin bu məqamda xatırladaq ki, Rəsmi Bakı sözügedən məktubdan hələ ötən aydan xəbərdardır. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da ilin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilməsindən danışmışdı.
Nazir bu zaman məktubun detallarını açıqlamasa da, orada Azərbaycanın ciddi təəccübünü doğuran məqamların olduğunu vurğulamış, bunlardan birinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumatın olduğunu demişdi.
Həmçinin məlum olub ki, ölkəmiz həmin məktuba cavab olaraq detallı mövqe nümayiş etdirib və bunu qarşı tərəfə çatdırıb. Burada Azərbaycanın əsas gözləntisinin məsələnin araşdırılmasının başa çatdırılması, eləcə də kompensasiyaların ödənilməsi olduğu vurğulanıb.
Həmçinin oxuyun
Məktubda diqqət çəkən məqamlardan biri də onun üzərində qeyd olunan tarixdir. Belə ki, 2025-ci il 17 dekabr tarixində imzalanan məktubun aradan vaxt keçdikdən sonra indi yayılması suallar doğurur.
Onu da xatırladaq ki, dekabrın 21-də Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirsə də, bir gün sonra Azərbaycan Prezident Administrasiyası İlham Əliyevin Rusiyaya gözlənilən səfərinin baş tutmayacağını açıqlayıb. Buna səbəb kimi isə dövlət başçısının iş qrafikinin sıxlığı göstərilib.

14:10 / 05 Aprel 2026
1
13:57 / 05 Aprel 2026
63
13:48 / 05 Aprel 2026
29
13:38 / 05 Aprel 2026
256
13:21 / 05 Aprel 2026
139
13:16 / 05 Aprel 2026
876
11:09 / 05 Aprel 2026
121
11:08 / 05 Aprel 2026
74
00:47 / 05 Aprel 2026
886
00:09 / 05 Aprel 2026
316
23:55 / 04 Aprel 2026
254
23:42 / 04 Aprel 2026
167
23:26 / 04 Aprel 2026
278
23:22 / 04 Aprel 2026
191
23:04 / 04 Aprel 2026
359
22:47 / 04 Aprel 2026
2619
22:39 / 04 Aprel 2026
764
22:27 / 04 Aprel 2026
1665
22:24 / 04 Aprel 2026
4634
22:22 / 04 Aprel 2026
379
22:20 / 04 Aprel 2026
295
22:20 / 04 Aprel 2026
3153
22:11 / 04 Aprel 2026
536
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.