ŞAD XƏBƏR! Avtobuslar yeniləndi
14 May 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
768
07.01.2026, 11:18
Kliniki Tibbi Mərkəzi 2025-ci ilin yekunlarına dair öz hesabatını təqdim edib və hesabatdan belə nəticə çıxıb ki, ötən il 32-si kişi 14-ü qadın olmaqla 46 nəfər zəhərlənmədən ölüb.
Oxu24.com xəbər verir ki, Mərkəzin Toksikologiya şöbəsi onu da vurğulayıb ki, 1188 nəfər zəhərlənmə ilə bağlı müraciət edib:” 495 nəfəri dərman preparatlarından, biri siçan dərmanından (rodentisid), biri həşərat dərmanından, 352 nəfəri isə sirkə turşusundan zəhərlənib.
Bununla yanaşı 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, biri kimyəvi məhlullardan, 65-ü allergik reaksiyalardan, 40-ü fosfor üzvi birləşmələrindən, 18-i anafilaktik şokdan, 13-ü tüstüdən, 66-sı dəm qazından, 78-si ilan sancmasından, biri neft məhlulundan, beşi yabani bitkilərdən, altısı həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən, dördü isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub”.
Bəs 2024-cü ildə bu göstərici necə idi?
2024-cü il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1835 nəfər qəbul qəbul edilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 59-nun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, zəhərlənmə hallarının artmasında kütləvi zəhərlənmələrin payı çoxdu. Ötən ilin son günü - Yeni il şənliyi zamanı Ucarda kütləvi zəhərlənmə halı qeydə alınıb. Belə ki, Ucar rayonunda yerləşən “Mercan Broiler” MMC-də təşkil olunan tədbir zamanı 14 nəfər zəhərlənmişdi.
Ötən ilin iyulunda Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfər olub. Sentyabrın 23-də isə İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfəri növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Əntiqə Rəşid
15:17 / 14 May 2026
12
15:10 / 14 May 2026
31
15:06 / 14 May 2026
36
15:02 / 14 May 2026
73
14:58 / 14 May 2026
303
14:46 / 14 May 2026
40
14:29 / 14 May 2026
155
14:23 / 14 May 2026
59
14:17 / 14 May 2026
203
14:12 / 14 May 2026
92
13:57 / 14 May 2026
884
13:51 / 14 May 2026
102
13:34 / 14 May 2026
67
13:32 / 14 May 2026
62
13:30 / 14 May 2026
59
13:27 / 14 May 2026
139
13:20 / 14 May 2026
67
13:08 / 14 May 2026
57
12:55 / 14 May 2026
68
12:44 / 14 May 2026
359
12:35 / 14 May 2026
74
12:28 / 14 May 2026
86
12:19 / 14 May 2026
437
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.