Sürücülərin NƏZƏRİNƏ: Benzinlə bağlı MÜHÜM XƏBƏR
14 May 2026, 18:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
586
06.01.2026, 17:52
Oxu24.com xəbər verir ki, Müşahidə Şurasında təmsil olunan qurumlar - Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi artıq nümayəndələrini təqdim edib. Yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:
1) Elşad Məmmədli - Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;
2) Zaman Hüseynov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;
3) Elnarə Ənsari - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;
4) Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;
5) Rizvan Nəbiyev - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü;
6) Xatirə Vəliyeva - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;
7) Fizzə Mirzəyeva - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü;
İclasda bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən, Şuranın 4 üzvü vətəndaş cəmiyyəti institutlarının, digər 3 üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri Şura üzvü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
Müşahidə Şurasının üzvləri “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu Müşahidə Şurasına sədr seçib.
Fuad Məmmədov etimada görə Şura üzvlərinə minnətdarlığını çatdırıb, Şura üzvləri adından QHT-lərə göstərilən diqqət və qayğıya, bu sahədə aparılan genişmiqyaslı islahatlara görə Prezident İlham Əliyevə təşəkkür edib. O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, “Aprel şəhidi” olan polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevanın da Şura heyətində təmsil olunmasını şəhid ailələrinə olan həssas münasibətin növbəti təzahürü adlandırıb.
Fuad Məmmədov bildirib ki, artıq Agentliyin “İcraçı direktoru” vəzifəsi ləğv edilib, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılıb. Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb.
Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.
Aygün Əliyeva İdarə Heyəti adından göstərilən etimada görə minnətdarlıq edib, bildirib ki, bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqlar yüksək səviyyədə icra ediləcək.
Daha sonra Müşahidə Şurası qeyd olunan Fərmandan irəli gələrək, 2 dövlət komissiyasında təmsil olunması üçün üzvlərini müəyyən edib. Rizvan Nəbiyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Agentliyi təmsil edəcək.
Müşahidə Şurası müvafiq Fərmana uyğun olaraq, İdarə Heyətinə bir sıra tapşırıqlar verib. Bundan başqa, Agentliyinin 2026-cı il üzrə Fəaliyyət Planındakı prioritetlər müzakirə edilib. QHT Agentliyinin Naxçıvan MR-da filialının yaradılması təklif olunub.
18:23 / 14 May 2026
1
18:17 / 14 May 2026
36
17:55 / 14 May 2026
44
17:35 / 14 May 2026
50
17:30 / 14 May 2026
47
17:05 / 14 May 2026
72
17:04 / 14 May 2026
57
16:51 / 14 May 2026
69
16:45 / 14 May 2026
59
16:40 / 14 May 2026
66
16:35 / 14 May 2026
150
16:29 / 14 May 2026
220
16:27 / 14 May 2026
57
16:21 / 14 May 2026
792
16:14 / 14 May 2026
74
16:08 / 14 May 2026
159
16:06 / 14 May 2026
67
16:01 / 14 May 2026
95
15:57 / 14 May 2026
67
15:45 / 14 May 2026
71
15:39 / 14 May 2026
76
15:32 / 14 May 2026
131
15:28 / 14 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.