5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
731
06.01.2026, 17:12
Rusiyanın Yekaterinburq vilayətinin Jeleznedorojnıy Rayon Administrasiyasının rəhbəri Vitali Perşinin azərbaycanlı ailədən olan uşaqlara Yeni il hədiyyələri verməsi qalmaqala səbəb olub.
Oxu24.com “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə “Novaya gazeta” nəşri məlumat yayıb.
Bildirilir ki, dekabrın sonunda V. Perşin “Arzular yolkası” aksiyasında iştirak edib. Məmur 7 yaşlı Əliyə skuter, onun 8 yaşlı bacısı Milenaya və kiçik qardaşı Vaqifə əl işləri dəsti və şirniyyat hədiyyə edib.
Rayon administrasiyası tədbir haqqında məlumat paylaşdıqdan sonra sosial şəbəkə istifadəçilərinin tənqidləri ilə üzləşib.
Çoxsaylı tənqidlər fonunda administrasiya postu silmək məcburiyyətində qalıb. Meriyaya yaxınlığı ilə seçilən “Yekaterinburq. Qlavnoe” teleqram kanalı uşaqların valideynlərinin Azərbaycan əsilli olsalar da, 20 ildən çoxdur ki, Rusiya vətəndaşlığı aldıqlarını açıqlayıb.
“20 ildən çox bir müddətdə Rusiya vətəndaşı olan azərbaycanlı ailə. Deyəsən, belə bir şey ilk dəfədir baş verir. Bunu da gördükmü? Daha nə görəcəyik? “Arzular yolkası” üçün namizədləri milliyyətinə, dini etiqadına görə təsnif etmək təklifləri olubmu? Bunu da gözləyək? Suallar, əlbəttə ki, ritorikdir, lakin sırf insani baxımdan: hələ vəhşiləşməmişik ki?”, - teleqram kanalı yazıb.
Bildirilir ki, hadisədən sonra uşaqların atası Perşindən hədiyyələri geri götürməsini xahiş edib.
Qeyd edək ki, Rusiyada “Arzular yolkası” uşaqların, yaşlıların və əlillərin Yeni il arzularını yerinə yetirməyə yönəlmiş federal xeyriyyə aksiyasıdır. Rusiya Prezidenti Vladimir Putin də ənənəvi olaraq bu aksiyada iştirak edir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.