5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
823
06.01.2026, 16:56
“Bayram günlərində Naxçıvan Mərkəzi Xəstəxanasında növbətçi həkim olmadığından, onları tibb bacıları, bəzən isə xadimələr əvəz edib. Xəstəxanada təcili tibbi yardım üçün zəruri vasitələr - şpris, ağrıkəsici, bint, spirt və digər ləvazimatlar da tapılmayıb. Bu səbəbdən xəstələrə türkəçarə üsullarla yardım göstərildiyi bildirilir”.
Oxu24.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” kanalı məlumat yayıb.
Məlumata görə, ən diqqətçəkən hadisə dekabrın 30-da baş verib. Ayağı qırıldığı üçün xəstəxanaya aparılan B. Mürsəlov deyib ki, lazımi tibbi alət tapılmadığından sınıq ayağını sabitləmək üçün ayaqqabı geyinməkdə istifadə olunan “rajok”dan istifadə edilib:“Ayağımın ağrısından dayana bilmirdim. Xəstəxanaya çatanda sevindim ki, nəhayət kömək edəcəklər. Amma dedilər həkim yoxdur. Ağrıkəsici istədik, o da tapılmadı. Tibb bacıları yaxın gəlmədilər, dedilər bu həkim işidir. Axırda xadimələr işi üzərlərinə götürdülər. Sınıq ayağı bərkitmək üçün alət olmadığından “rajok” gətirdilər. Onu bərkitməyə bint tapılmadı, hardansa rezin tapıb bağladılar. Sonra dedilər ki, həkimlər bir neçə gün olmayacaq, aparın sınıqçıya. Məcbur qalıb bu vəziyyətdə sınıqçıya getdim. O da yumurta sarısı ilə gips qoydu. Bu gün rentgenə düşmək istədim, dedilər rentgen aparatı da işləmir”.
Bayram günlərində ağır xəstə olan yaxınını xəstəxanaya aparan Gövhər Məmmədova isə bildirib ki, onların bəxti nisbətən gətirib və gec də olsa həkim gəlib, lakin vəziyyət yenə də acınacaqlı olub: “Bu boyda xəstəxanada həkimi yerində tapa bilmədik. Zəng etdilər, 1-2 saatdan sonra gəldi. Amma nə şpris var idi, nə ağrıkəsici, nə bint, nə də spirt. Ən xırda ləvazimatları belə aptekdən özümüz almışıq. Palatada oturmağa da icazə vermirlər, deyirlər çarpayı çirklənər. Bu xəstəxana yox, taleyin ümidinə buraxılmış bir bina idi. Həkim yoxdur, dərman yoxdur, kömək edən yoxdur”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.