5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
757
06.01.2026, 15:50
Xəbər verildiyi kimi bir neçə gün əvvəl gənc həkim Nurlana Əliyeva (Nəbibəyli) qəfil vəfat edib.
Məlumata görə, o, yaşadığı evdə həyatını itirib. İlkin məlumatlarda Nurlana Əliyevanın Mərkəzi Dəmiryol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Hadisə ilə bağlı müxtəlif iddialar irəli sürülür.
Bəzi mənbələr ölümün intihar nəticəsində baş verdiyini iddia etsə də, bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib. Eyni zamanda, sosial şəbəkələrdə və bəzi məlumatlarda Nurlana Əliyevanın həkim olmadığı, hətta tibb diplomunun mövcud olmadığı ilə bağlı da iddialar yayılıb. Üstəlik, onun son vaxtlar psixoloji sarsıntı keçirdiyi, hətta ciddi problemləri olduğuna dair də xəbərlər yayılır. Digər bir məsələ isə onun müəmmalı ölümü ilə bağlı fikirlərin yayılmasıdır.
Nurlana Əliyevanın yaxın rəfiqəsi Mehriban Hüseynova Bizim.Media-ya açıqlamasında mərhumla bağlı bəzi təfərrüatları açıqlayıb. O, deyib ki, mərhumun Bronxial astması olub və dekabrın 29-u gecə saatlarında halı qəfil pisləşib:
“Bildiyim qədər arıqlama üçün dərmanlar qəbul edirdi. Həmin vaxt da acqarına dərman qəbul etmişdi. Halı pisləşəndə evdə tək olub. Yoldaşı Bakıdan kənarda çalışır. Qızını çağırıb və onu yaxınlıqdakı “Medilux” Tibb Mərkəzinə aparıblar. Amma xəstəxana Nurlananı qəbul etməyib və onu Kliniki Tibbi Mərkəzə yönləndirib.
Xəstəxanaya yerləşdiriləndən sonra Nurlana atasına zəng edərək “Mənə baxmırlar, gəlin təcili məni burdan çıxarın” deyib. Boğulurmuş... Atası gəlib ki, qızımı görmək istəyirəm, məni yanına buraxın. Buraxmayıblar ki, olmaz, xəstəyə sistem köçürülür. 30-u səhər keçinib”.
Mehriban Hüseynova deyib ki, Nurlana Əliyeva öz əmisi oğlu ilə evli olub:
“42 yaşı vardı, çox həyatsevər, pozitiv bir xanım idi. Bir qızı və bir oğlu var. Mən və onu tanıyan hər kəs ölümünə inana bilmirik. Eşidəndə şok keçirdik. Sonuncu dəfə dekabrın 27-də telefonda danışdıq. Mən Türkiyədə yaşayıram. Dedi, görüşmək istəyirəm, çox darıxıram. Niyə gəlmirsən? Dedim Yeni ili yola verək, yanvarda ad günümdü, gələcəm, şənlənərik. Sevindi...Heç bir xəstəliyi yox idi, hamımızdan sağlam idi. Biz də, ailə üzvləri də təəccüb içindəyik”.
Tanınmış ictimai xadim Hacı Quliyev mərhumu birgə iştirak etdikləri tədbirlərdən tanıdığını dilə gətirib:
“Mən Nurlana xanımı sadəcə tədbirlərdən tanıyırdım. Ara-sıra tədbirlərdə görüşürdük. Dekabrın 30-u rəhmətə getdiyini eşitdim. Amma hansı səbəbdən öldüyü barədə məlumatım yoxdu. Eşidəndə çox üzüldük. Allah rəhmət eləsin!”
Nurlana Əliyevanın ölüm səbəbini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxladıq. Xəstəxanadan bildirildi ki, onlara belə bir xəstə müraciət etməyib. Halbuki ailəsi də təsdiq edib ki, Nurlana Əliyeva Kliniki Tibbi Mərkəzə aparılıb, hətta orada 4 gün müalicə alandan sonra həyatını itirib. Amma xəstəxana bu məlumatı da təsdiqləməyib.
Onu da əlavə edək ki, mərhumun qızı saytımıza açıqlamasında anasının bronxial astma xəstəsi olduğunu təkzib edib və Nurlana Əliyevanın ölümü ilə bağlı ümumiyyətlə danışmaq istəmədiyini bildirib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.