AYNA-nın sədri: "Mən əsasən Bakı metrosundan istifadə edirəm"
14 May 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3684
06.01.2026, 13:31
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, nazir əvvəlcə Quba rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 276 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.
General-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.



21:02 / 14 May 2026
9
20:59 / 14 May 2026
18
20:56 / 14 May 2026
31
20:54 / 14 May 2026
20
20:49 / 14 May 2026
24
20:49 / 14 May 2026
129
20:41 / 14 May 2026
62
20:35 / 14 May 2026
115
20:31 / 14 May 2026
61
20:28 / 14 May 2026
36
20:19 / 14 May 2026
33
20:16 / 14 May 2026
189
20:15 / 14 May 2026
33
20:10 / 14 May 2026
40
20:09 / 14 May 2026
62
19:59 / 14 May 2026
51
19:56 / 14 May 2026
467
19:52 / 14 May 2026
42
19:47 / 14 May 2026
48
19:32 / 14 May 2026
56
19:30 / 14 May 2026
101
19:18 / 14 May 2026
68
19:14 / 14 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.