Toy etmək üçün restoranlarda yer tapılmır
03 Aprel 2026, 01:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10494
06.01.2026, 13:25
Son dövrlər vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər. Buna görə də bir çox insan bölgələrdən paytaxta üz tutur. Eyni zamanda bəzi işəgötürənlərin 35 yaşdan yuxarı şəxsləri işə qəbul etməməsi narahatlıq doğurur. Qadınların pensiya yaşının 65-ə çatdırılması isə mövzunu yenidən aktuallaşdırıb.
İşəgötürülmə yaşının bu qədər önəmli olduğu bir dövrdə gələcəkdə pensiya yaşı azaldıla bilərmi və bu proses nəyə əsaslanır?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, əsas məsələ bölgələrdə iş yerlərinin azlığı ilə bağlıdır:
“Bölgələrdə dayanıqlı iş yerlərinin olmaması və istehsal imkanlarının məhdud olması səbəbindən insanlar paytaxta üz tuturlar. Bu problemi həll etmək üçün istehsal və sənaye prosesləri sürətlə və dayanıqlı şəkildə həyata keçirilməlidir. Biznes mühiti formalaşmalıdır ki, müəssisələr açılsın və rəqabətyönümlü məhsullar istehsal edilsin. Əks halda, iş bazarında vəziyyət dəyişməyəcək”.
Həmçinin oxuyun
İqtisadçı bildirib ki, 35 yaşdan yuxarı şəxslərin işə qəbulunda çətinlik yaşanması bazarın tələbləri ilə bağlıdır:
“İşəgötürənlər arasında seçici yanaşma var. İşlərinə uyğun insanlara üstünlük verirlər, buna görə 35 yaşdan yuxarı şəxslər bəzən çətinliklə işə qəbul olunur. Amma bu, bütün sahələr üçün keçərli deyil. Məsələn, peşəkar həkimlər, müəllimlər, dilçilər və digər ixtisaslı mütəxəssislər yaşından asılı olmayaraq işə qəbul edilir. Burada əsas kriteriya onların bilik və bacarıqlarıdır. İş bazarının ümumi vəziyyəti isə bu fərqlilikləri müəyyən edir”.
Fuad İbrahimov xatırladıb ki, Azərbaycanda qadınlar da indi kişilərlə eyni vaxtda – 65 yaşında pensiyaya çıxacaqlar:
“MDB ölkələrinə və dünya təcrübəsinə baxsaq, pensiya yaşı ölkələr üzrə demək olar ki, eynidir və yalnız bir-iki yaş fərqi ola bilər. Müxtəlif iş növlərində fərqliliklər var, amma əsas kriteriya ölkənin statistik ömür uzunluğu və maliyyə dayanıqlığıdır. Dayanıqlı iqtisadiyyat və institusional mühit formalaşarsa, pensiya yaşının dəyişdirilməsi mümkün olar. Hazırkı vəziyyətdə isə konkret zaman və məkan çərçivəsində mövcud qaydalar tətbiq olunur”.
Ekspert vurğulayıb ki, bölgələrdə iş yerlərinin inkişafı və dayanıqlı iqtisadi mühit formalaşana qədər vətəndaşlar paytaxta üz tutmaqda davam edəcəklər:
“Eyni zamanda işə qəbul zamanı yaş fərqi tam kriteriya deyil. Əsas olan peşəkar bilik və bacarıqlardır. Bəzi iş yerlərində insanlar 50-60 yaşında təqaüdə çıxmaq istəsələr də, 65 yaşına qədər də işləməyə davam edirlər. Hətta onların təqaüdə göndərilməsi narazılıq yaradır”.
01:58 / 03 Aprel 2026
1
01:51 / 03 Aprel 2026
118
00:46 / 03 Aprel 2026
179
23:59 / 02 Aprel 2026
155
23:54 / 02 Aprel 2026
68
23:53 / 02 Aprel 2026
179
23:42 / 02 Aprel 2026
806
23:40 / 02 Aprel 2026
226
23:29 / 02 Aprel 2026
1083
23:25 / 02 Aprel 2026
64
23:20 / 02 Aprel 2026
59
23:13 / 02 Aprel 2026
248
23:06 / 02 Aprel 2026
63
23:05 / 02 Aprel 2026
174
23:04 / 02 Aprel 2026
62
23:02 / 02 Aprel 2026
63
22:49 / 02 Aprel 2026
329
22:25 / 02 Aprel 2026
184
22:17 / 02 Aprel 2026
162
22:04 / 02 Aprel 2026
210
21:46 / 02 Aprel 2026
79
21:17 / 02 Aprel 2026
85
21:01 / 02 Aprel 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.