SON DƏQİQƏ! Lalə Azərtaşın verilişi də bağlandı
17 Mart 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1533
06.01.2026, 12:30
Horadiz əməliyyatı Azərbaycanın hərb tarixinin şanlı səhifələrindəndir və uğuru ilə ordumuzu, xalqımızı sevindirən döyüşlərdən biri olub.
Oxu24.com xəbər verir ki, ordumuzun Ermənistan silahlı qüvvələrinə qarşı apardığı uğurlu Horadiz əməliyyatından 32 il keçir. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb. 6 yanvara keçən gecə isə döyüşün uğurla başa çatdığı elan edilib.
Beləki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.
Təxminən 30 min hektar sahə düşməndən geri alınıb. Hərbi ekspertlərin fikrinə görə, Horadiz əməliyyatı həm də ona görə önəmli hesab olunur ki, bu döyüş Azərbaycan Ordusunun qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.
Həmçinin oxuyun
Azərbaycanın hərb tarixində qürurverici qələbə kimi xarakterizə olunan Horadiz döyüşlərində qəhrəmanlıqları ilə tarix yazanlardan biri, əslən Füzuli rayonundan olan, 848 saylı hərbi hissənin yaradıcısı və sonadək bu hərbi hissənin komandiri olmuş, Zahir Şamxal oğlu Həsənov Oxu24.com -a açıqlamasında bildirib ki, komandiri olduğu hərbi hissənin və batalyonun əsas şəxsi heyəti Füzuli rayonunun kəndlərindən gələn könüllülərdən ibarət idi:
” Əsas çoxluğu Füzuli rayonu İşıqlı, Cuvarlı, Xələfşə, Qoçəhmədli, Arış, Qaradağlı, Gorazıllı, Kənd Horadiz, Yuxarı Abdurrahmanlı, Horadiz qəsəbəsi, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli, Arazboyundan və adları çəkilməyən Füzuli rayonunun bütün kəndlərindən təşkil olunmuş könüllü əsgərlərdən ibarət idi. Bizim hərbi hissəylə birlikdə Füzuli rayonu uğrunda gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü il oktyabr ayının 23-ü mühasirəyə düşərək, 6 günlük mühasirə müddətində Cəbrayıl və Füzuli rayon əhalisinin təhlükəsizliyini təmin edərək, itki vermədən 12-15 minlik dinc əhalini İran İslam Respublikası ilə danışıqlar apararaq qonşu ölkəyə keçirmişik.
Ermənilər tərəfindən döyüşən məşhur osetin batalyonun komandiri Mirzə Abayevi məhv etmişik. Məlikcan qalası əməliyyatından qalib çıxmışıq. 1993-cü ilin noyabrında Seyfəli təlim mərkəzinə göndərilmişik. Orda komandiri olduğum hərbi hissə şəxsi heyətlə N saylı hərbi hissənin tərkibinə verilib. Məni isə həmin hərbi hissənin 2-ci motoatıcı batalyonuna komandir təyin ediblər.
-Həmin hərbi hissənin tərkibində füzulillilərdən başqa digər bölgələrdən gələn könüllülər yox idi?
-Burada 2-ci batalyonun şəxsi heyətinin 90 faizi Füzuli rayonu, 10 faizi isə Nizami rayonundan gətirilmiş könüllülərdən təşkil olunmuşdu.
İstər yanvarın 5-7-nə qədər gedən döyüşlərdə, istər sonra, əsgərlərimiz sözün həqiq mənasında, əsl qəhrəmanlıq sərgilədilər. Düşmən o vaxt sanki vahiməyə düşmüşdü. Elə o ərəfədə bu qənimətləri onlardan götürdük: Tank T-72 N 161, 449 MTLB, 4 ədəd N 566, 541, 2-si nömrəsiz, 1 Şturm, 4 dənə 122 mm minaatan, 1 Zil 130, (N 13-67, NKAO) 1 kamaz N 26-42 NKAO, 1 Pulemyet PK . 2 Qratamyot RPQ 7, 1 Avtomat AK 74 . Çıxarda bilmədiyimiz düşmən silahlarını məhv edirdik .Məsələn, 2 ədəd T 72 tankını ələ keçirə bilmədiyimizə görə, onu partlatdıq. Ermənilərə göz açmağa aman vermirdik, onların 60-80 nəfər canlı qüvvəsi məhv edilib, döyüş zonasında qalmışdı. Müharibə qurbansız olmur. O döyüşdə bizim itkimiz isə 3 şəhid, 17 yaralı oldu. Yanvarın 7- də artıq 2-ci batalyon komandanlığım alıtnda hücuma keçərək Aşağı Seyidəhmədli kəndini düşməndən azad etdi. Əməliyyat zamanı orda da kifayət qədər silah -sursat götür bildik. Hətta sursatla dolu olan 1 ədəd ZİL-131 markalı maşını vurduq. Düşmənin 30 nəfər canlı qüvvəsi məhv edildı. Bu dəfə də ermənilərə nisbətdə az itki verdik. İtkimiz 6 şəhid, 33 yaralı olaraq qeyd olundu.
Şəki rayonunun Bolludərə kəndindən olan, tank əleyhinə top komandiri Azər İbrahim oğlu Məmmədov da bu döyüşərin iştirakçısı olub:” 1992-ci ilin iyulunda Horadiz qəsəbəsində yerləşən 702 saylıı briqadaya ( komandir İsa Qasımov (Füzuli-Cəbrayıl-Beyləqan-Xocavənd) "Puşka" komandiri olaraq döyüşlərə girmişəm. Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində bir kənd vardı Dördlər kəndi! Döyüşə o kənddən başlamışam. 1994-cü ilin yanvar ayının əvvəlində, azərbaycanlılar 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini ermənidən təmizləyə bildi.Hərb tariximizin uğurlu Horadiz əməliyyatında top komandiri olaraq ölüm-dirim savaşında iştirakımı həyatımın ən uğurlu günü hesab edirəm. Mənimdə iştirakçısı olduğum o hərbi əməliyyat Azərbaycan dövləti üçün böyük önəm daşıyırdı. Bəli, Füzuli rayonunun 21 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Düzdür, itkilərimiz də oldu. Həmin döyüşdə Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarov və Yasamal batalyonunun komandiri Mirələkbər İbrahimov da şəhid oldu.
-Siz, deyəsən elə bu döyüşlərdə yaralandınız...
-Bəli, mərmi gəlib önümə düşdü. Başımdan yaralandım. Gənc idim deyə ağrısam da döyüş meydanından geri çəkilmədim.
Allah qazilərimizə uzun ömür, can sağlığı versin, Şəhidlərimizin isə müqəddəs ruhu qarşısında baş əyirik. Torpaqlarıızın işğalı bu igidlərin sayəsində düşməndən təmizlənib.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyən Prezident İlham Əliyevin Sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib.
Əntiqə Rəşid
00:08 / 18 Mart 2026
1
23:57 / 17 Mart 2026
19
23:39 / 17 Mart 2026
122
23:25 / 17 Mart 2026
100
23:11 / 17 Mart 2026
175
22:53 / 17 Mart 2026
140
22:46 / 17 Mart 2026
233
22:40 / 17 Mart 2026
58
22:16 / 17 Mart 2026
85
22:13 / 17 Mart 2026
551
22:08 / 17 Mart 2026
57
21:59 / 17 Mart 2026
259
21:57 / 17 Mart 2026
161
21:47 / 17 Mart 2026
49
21:43 / 17 Mart 2026
186
21:41 / 17 Mart 2026
46
21:37 / 17 Mart 2026
56
21:31 / 17 Mart 2026
489
21:30 / 17 Mart 2026
190
21:09 / 17 Mart 2026
4155
21:09 / 17 Mart 2026
229
20:59 / 17 Mart 2026
609
20:54 / 17 Mart 2026
200
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.