TƏBİB-də daha bir işdən azadolunma - Mətanət Qarayeva
14 May 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
581
05.01.2026, 23:54
Yevgeniya Olenskaya 1900-cü ildə Qubada doğulub.
Oxu24.com xəbər verir ki,əslən rus olsa da uşaqlıqdan Azərbaycan dilini öyrənib və sonrakı dövrlərdə Yeva və ya Yeva xanım adı ilə tanınıb.
1907-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.Böyük bacısı Aleksandra Olenskaya Azərbaycanda fəaliyyət göstərən müxtəlif teatr truppalarında çıxış edirdi.
İlk dəfə 1913-cü il oktyabrın 25-də, 13 yaşında bacısı ilə birlikdə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının premyerasında Asya rolunu ifa edib.
1913-cü ildə "Nicat" Cəmiyyətinin teatr truppasına daxil olub.
Daha sonra bacısı ilə birlikdə "Səfa" Cəmiyyətinin teatr truppasında fəaliyyət göstərib.1917-ci ildə Boris Svetlov və Q.Lemberq tərəfindən ekranlaşdırılmış "Arşın mal alan" filmində bacısı Aleksandra ilə birlikdə rol alıb və burada Telli obrazını canlandırıb.
1918-1919-cu illərdə Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsində fəaliyyət göstərib.1919-cu ildə Azərbaycan Cümhuriyyəti tərəfindən yaradılmış Türk Dövlət Teatrının aktrisalar heyətində olub.
1923-1926-cı illərdə Bakı Teatral Texnikumunda təhsil alıb.1922-ci ilin sonlarınndan 1925-ci ilin əvvəllərinədək Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, daha sonra isə 1925-ci ildən ömrünün sonuna qədər, 34 il Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Burada həm milli dramaturgiya nümunələrində, həm də tərcümə əsərlərinin tamaşalarında dramatik, faciə, komik və xarakterik rollar yaradıb.
1927-ci ildə Əmək Qəhrəmanı, 1949-cu ildə isə Azərbaycan SSR xalq artisti adlarını alıb.
Yeva Olenskaya 19 may 1959-cu ildə Bakıda vəfat edib.
Qeyd edək ki, onun böyük bacısı Aleksandra (Şura) Olenskaya aktrisa olmaqla yanaşı, içtimai işlərdə də fəal olub. Bacısının həyat yoldaşı Heydər Vəzirov Azərbaycan SSR xalq torpaq komissarı olub. 1937-ci ildə həyat yoldaşı və iki oğlu ilə birlikdə repressiyaya məruz qalıb...
22:34 / 14 May 2026
10
22:30 / 14 May 2026
76
22:13 / 14 May 2026
95
21:58 / 14 May 2026
93
21:52 / 14 May 2026
65
21:41 / 14 May 2026
56
21:30 / 14 May 2026
64
21:19 / 14 May 2026
68
21:14 / 14 May 2026
65
21:07 / 14 May 2026
155
21:02 / 14 May 2026
134
20:59 / 14 May 2026
62
20:56 / 14 May 2026
84
20:54 / 14 May 2026
81
20:49 / 14 May 2026
56
20:49 / 14 May 2026
360
20:41 / 14 May 2026
221
20:35 / 14 May 2026
167
20:31 / 14 May 2026
293
20:28 / 14 May 2026
62
20:19 / 14 May 2026
64
20:16 / 14 May 2026
243
20:15 / 14 May 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.