Azərbaycanda sabahdan bu qadağan edilir: Cəriməsi nə qədərdir?
31 Mart 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1254
05.01.2026, 01:11
Son zamanlar region ölkələrində ət bazarında qiymət artımı müşahidə olunur. Məlumata görə, Qazaxıstan ətin qiymətinin bahalaşmasının qarşısını almaq üçün ixracı dayandırmağı planlaşdırır. Əhalinin bu əsas ərzaq məhsuluna daha asan çıxışı və qiymətlərin stabilləşdirilməsi üçün müxtəlif strategiyalar tətbiq oluna bilər.
Bəs Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır? 2026-cı ildə ölkədə ətin qiymətinin artmasının qarşısını almaq və bazarı stabilləşdirmək üçün hansı tədbirlər görülə bilər?
Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, son aylar region ölkələrində ət bazarında qiymət artımı müşahidə olunur:
“Qazaxıstanın daxili bazarda qiymətləri stabilləşdirmək üçün ət ixracını dayandırmağı planlaşdırması problemin regional xarakter daşıdığını göstərir. Azərbaycanda da ət məhsullarının bahalaşması əhalinin əsas ərzaq məhsullarına çıxışını çətinləşdirir. Qiymət artımının əsas səbəblərindən biri heyvandarlıq sektorunda yüksək istehsal xərcləridir. Xüsusilə yem bazasının zəif inkişafı ətin maya dəyərinə ciddi təsir edir. Yem xərcləri ümumi maya dəyərinin təxminən 60-70 faizini təşkil edir. Bundan əlavə, damazlıq heyvan fondunun köhnəlməsi və istehsalın əsasən kiçik təsərrüfatlar üzərində qurulması bazarda səmərəliliyi azaldır”.
Kənan Quluzadənin fikrincə, problemin həlli üçün ilk növbədə yem bitkilərinin istehsalı artırılmalı, bu sahədə subsidiya və suvarma imkanları genişləndirilməlidir:
Həmçinin oxuyun
“Damazlıq heyvandarlığın inkişafı, fermerlərə lizinq mexanizmi ilə yüksək məhsuldar heyvanların verilməsi istehsalın artmasına şərait yarada bilər. Eyni zamanda, kiçik fermerlərin kooperasiya modeli əsasında birləşdirilməsi xərclərin azalmasına kömək edər”.
İqtisadçı bildirib ki, qısa müddətli dövrdə isə dövlət ehtiyatları hesabına ət bazarında tənzimləmə aparılması və qiymət artımı zamanı idxal rüsumlarının müvəqqəti azaldılması bazarda stabilliyi qorumağa imkan verə bilər:
“Nəticə etibarilə, ətin qiyməti yalnız bazar məsələsi deyil, ərzaq təhlükəsizliyi və sosial rifahla birbaşa bağlıdır. Sistemli yanaşma tətbiq olunduğu halda, Azərbaycanda ət bazarında qiymət artımının qarşısını almaq və sabitliyi təmin etmək mümkündür”.
20:36 / 31 Mart 2026
1
20:36 / 31 Mart 2026
42
20:15 / 31 Mart 2026
24
20:11 / 31 Mart 2026
49
19:59 / 31 Mart 2026
40
19:48 / 31 Mart 2026
50
19:36 / 31 Mart 2026
58
19:20 / 31 Mart 2026
62
19:08 / 31 Mart 2026
79
18:59 / 31 Mart 2026
52
18:57 / 31 Mart 2026
65
18:44 / 31 Mart 2026
69
18:34 / 31 Mart 2026
66
18:24 / 31 Mart 2026
69
18:09 / 31 Mart 2026
80
18:00 / 31 Mart 2026
60
17:41 / 31 Mart 2026
76
17:20 / 31 Mart 2026
67
17:15 / 31 Mart 2026
64
17:05 / 31 Mart 2026
850
17:02 / 31 Mart 2026
87
16:53 / 31 Mart 2026
402
16:50 / 31 Mart 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.