Yanvarın 27-si ilə bağlı Rəsmi XƏBƏRDARLIQ
26 Yanvar 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
885
04.01.2026, 21:10
Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.
Oxu24.com xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.
Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.
Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və "yaşıl enerji" layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.
İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısınıkeçirəcək. Tədbir çərçivəsində ITFC-nin 22-ci Baş Assambleyası, ICIEC-in 33-cü illik iclası, ICD-nin 26-cı illik iclası və ISFD-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq.
Aprel ayında BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası da Bakıda baş tutacaq.
Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədbirdə regional iqtisadi əməkdaşlıq, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dayanıqlı inkişaf strategiyaları müzakirə olunacaq.
2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək.
Bundan əlavə, dünya ölkələrinin maliyyə kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da 2026-cı ildə Bakı şəhərində təşkil olunacaq.
Gələn il, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.
Həmçinin oxuyun
2026-cı ildə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda regional və qlobal çağırışlar müzakirə ediləcək.
Nazir konqres iştirakçılarını gələn il Bakıda keçiriləcək foruma dəvət edib.
2026-cı il Azərbaycan üçün idman baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Azərbaycan onuncu dəfə "Formula 1" Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu mərhələ 24–26 sentyabr tarixlərinə planlaşdırılıb.
Eləcə də, Bakıda Cüdo üzrə dünya çempionatı yeddi ildən sonra ikinci dəfə keçiriləcək. Mundial 4–11 oktyabr tarixlərində baş tutacaq və dünyanın ən güclü cüdoçuları bu yarışda mübarizə aparacaq.
Bundan başqa, Azərbaycan qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Turnir 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək, ümumilikdə Avropanın 24 ən güclü komandası iştirak edəcək, onlardan 6-sı oyunlarını məhz Bakıda keçirəcək.
1–10 sentyabr tarixlərində isə Bakıda Sumo üzrə dünya çempionatı təşkil olunacaq.
Eyni zamanda Bakının SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcəyi də elan olunacaq.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyigeniş şəkildə qeyd olunacaq. Tədbirlər çərçivəsində beynəlxalq elmi konfranslar, akademik forumlar və tematik sərgilərin təşkili nəzərdə tutulur.
Bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun göstəricisidir. 2026-cı il Azərbaycan üçün beynəlxalq etimadın, inteqrasiyanın və yeni əməkdaşlıq imkanlarının möhkəmləndiyi mühüm bir mərhələ kimi tarixə düşəcək."Yeni Sabah"
21:49 / 26 Yanvar 2026
67
21:40 / 26 Yanvar 2026
34
20:50 / 26 Yanvar 2026
41
20:39 / 26 Yanvar 2026
99
20:29 / 26 Yanvar 2026
126
20:19 / 26 Yanvar 2026
56
20:12 / 26 Yanvar 2026
76
19:59 / 26 Yanvar 2026
86
19:43 / 26 Yanvar 2026
214
19:22 / 26 Yanvar 2026
76
19:11 / 26 Yanvar 2026
81
18:56 / 26 Yanvar 2026
119
18:46 / 26 Yanvar 2026
92
18:30 / 26 Yanvar 2026
118
18:17 / 26 Yanvar 2026
148
18:02 / 26 Yanvar 2026
112
17:57 / 26 Yanvar 2026
5039
17:42 / 26 Yanvar 2026
722
17:31 / 26 Yanvar 2026
1364
17:25 / 26 Yanvar 2026
321
17:17 / 26 Yanvar 2026
259
17:14 / 26 Yanvar 2026
144
16:44 / 26 Yanvar 2026
1740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.