Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada xurma istehsalı sexində YANĞIN 

news/2026_01_04/zaq_1767545325.webp

CƏMİYYƏT

250

04.01.2026, 20:43

Zaqatala rayonunun Muxax kəndində yerləşən xurma istehsalı sexində yanğın hadisəsi baş verib.

Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, kənd sakini Vidadi Yusifova məxsus xurma istehsalı sexində yanğınla bağlı məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları, istehsal sahəsində olan xurmanın bir hissəsi, eləcə də daşınma məqsədilə istifadə olunan odun və plastik tara materiallarının xeyli qismi yanıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi hazırda məlum deyil.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.