5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5196
04.01.2026, 20:10
"Bir vaxtlar Prezident yanında Xüsusi İdarənin rəisi olmuş, general-leytenant Elman Qəmbərovun qurduğu tələdən Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovu şəxsən xilas etmişəm".
Oxu24.com xəbər verir ki, bunu Milli Qvardiyanın keçmiş komandanı, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov bildirib.
O, hadisəni belə nəql edib:
"Mənim tabeçiliyimdə olan Milli Qvardiya zabiti, kapitan Məmmədzadə Aydının evindən Sumqayıt şəhərində Elman Qəmbərovun tapşırığı ilə Xüsusi İdarənin əməkdaşları silah sursatı tapmışdılar və dərhal bu barədə Prezdent Heydər Əliyevə məruzə edilmişdi. Mən hansı əzablardan keçərək həmin silah sursatının vaxtilə kapitan Aydın Məmmədzadənin tabeçiliyində olan döyüş bölgəsində şəhd düşmüş döyüş yoldaşlarının üstündə yeganə nişanə qalan sursat olduğunu sübut etdim.
Şəhid olanlardan biridə Ülvi adlı Milli Qəhrəman idi. Ülvü döyüş zamanı zirehli texnikanın içində yanmışdı, ondan yeganə nişan qalan zapalsız qranat idi. Aydın Məmmədzadədə səhlənkarlıq edərək həmin zapalsız qranatı Ülvüdən yadigar qalsın deyə evində saxlamışdı. O zaman Aydın Məmmədzadə könülülərdən ibarət döyüşdə iştirak edən Sumqayıt taborunun qərərgah rəisi olmuşdu. Sonradan Milli Qvardiya sıralarına cəlb edilmişdi. Aydın Məmmədzadə dilinin bəlasına düşərək bu barədə bir nəfərə söyləmişdi. Həmin adamda kapitan Məmmədzadə Aydını Xüsusi İdarənin əməkdaşına satmışdı.
Elman Qəmbərovun da Vaqif Axundovun yerində gözü vardı. Məmmədzadə Aydını həbs etmişdilər. Bütün bu məlumatları toplayaraq general Vaqif Axundova təqdim etdim. Sonra Vaqif Axundovun tapşırığı ilə Milli Qvardiyanın komandanı, polkovnik Tofiq Rəsulovla bərabər hava limanında ölkənin o zamanki baş prokuroru Eldar Həsənovla görüşdük. Eldar Həsənovun sayəsində Aydın Məmmədzadə məhkəmənin hökmü ilə xidmətdə qalmaq şərti ilə 3 il şərti cəza aldı.
Sonralar məlum Xüsusi İdarə ləğv edildi, Milli Təhlükəsizlik Nazirliyinin (bu nazirlik də 2015-ci ildə ləğv edilib - red) tərkibinə verildi. Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov Elman Qəmbərovu işdən qovdu. Vaqif Axundov da Namiq Abbasovun bacısının yoldaşını - polisdə sahə müvəkili işləyib təqaüdə göndərilmiş mayoru Xüsusi Dövlət Mühafizə Xidmətində vəzifəyə təyin edib, rütbə verdi"(Yeni Sabah)
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.