5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
796
04.01.2026, 15:39
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri quruculuq və inkişaf dövrünü yaşayır. Şəhərdə tarixi-mədəni irsin bərpası ilə yanaşı, infrastruktur layihələri də icra olunur, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün yeni yaşayış binaları inşa edilir. Şuşa şəhərində birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. İyirmi üç binadan ibarət bu yaşayış kompleksində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Hazırda isə D 3 və D 4 yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri Şuşa şəhərində çoxmənzilli yaşayış binalarının tikildiyi D 3 yaşayış massivinin ərazisində görülən işlərlə maraqlanıb. Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Rza Abdullayev bildirib ki, D 3 yaşayış massivində 17 çoxmənzilli yaşayış binasının inşa edilməsi nəzərdə tutulur. Birinci mərhələdə 10 binanın inşası davam etdirilir. İkinci mərhələdə daha 7 binanın inşasına müvafiq hazırlıq işlərinin yekunlaşmasından sonra start veriləcək. D 3 yaşayış massivində binalar 5 və 6 mərtəbədən ibarət olacaq. Birinci mərhələdə 381 mənzil, ikinci mərhələdə 127 mənzil nəzərdə tutulub. Mənzillər 2, 3, 4 və 5 otaqlı layihləndirilib. Hər binada lift və yeraltı avtodayanacaq mövcuddur. Yaşayış massivinin layihəsində binalar Şuşa şəhərinin memarlıq üslubuna görə dizayn olunub. Ərazidə uşaq oyun meydançaları, yaşıllıqlar və yağış sularının toplanması üçün süni göllər də layihələndirilib.
İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinc və qürur hissi keçirdiklərini bildirirlər. Şuşadan olan Pərviz Vəliyev doğma şəhərinin tikintisində çalışmağın sevincini bölüşərək deyib: “Mən 1991-ci ildə Şuşada anadan olmuşam. Artıq bir ildir ki, ailəmlə birlikdə bura köçmüşük. Mənim üçün böyük qürurdur və fəxrdir ki, yaşayış binalarının tikintisində Şuşa sakini kimi mən də iştirak edirəm. Şuşanın qurulmasında mənim də əməyim var”.
Hazırda həm D 3, həm də D 4 yaşayış massivində inşa olunan binalarda dəmir-beton konstruksiyaların quraşdırılması sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.