Armudun bu növü mədə xərçənginin qarşısını alır - FAYDALARI
15 May 2026, 00:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1007
04.01.2026, 09:00
Qız övladı böyütməyin valideynlərin beyin sağlamlığına müsbət təsir göstərdiyi məlum olub. Aparılan elmi araşdırmaya görə, qız uşağı olan valideynlərdə yaşlılıq dövründə demans və zehni zəifləmə riski daha aşağıdır.
Oxu24.com "Unikal.az"a istinadən xəbər verir ki, Çinin Hohai Universiteti alimləri tərəfindən aparılan tədqiqat çərçivəsində yüzlərlə yaşlı şəxsin yaddaş və düşünmə qabiliyyəti təhlil edilib.
Araşdırmada iştirakçıların ailə strukturu, xüsusilə qız və oğlan övladlarının sayı nəzərə alınıb.
Nəticələr göstərib ki, qız övladı olan valideynlərin zehni göstəriciləri daha yüksəkdir. Alimlər bu
vəziyyəti qız uşaqlarının valideynləri ilə daha sıx emosional bağ qurması, onlarla daha çox ünsiyyətdə olması və yaşlılıq dövründə göstərdikləri qayğı ilə əlaqələndirirlər.
Mütəxəssislərin fikrincə, qız övladlarının verdiyi sosial və emosional dəstək beyin funksiyalarının daha uzun müddət sağlam qalmasına kömək edir. Xüsusilə bir qız övladı olan valideynlərdə bu təsirin daha aydın müşahidə edildiyi bildirilib.
Araşdırmada həmçinin qeyd olunub ki, demansın ilkin əlamətləri arasında yaddaş zəifləməsi, diqqətin azalması və məlumatları emal etməkdə çətinlik yer alır. Alimlər sosial münasibətlərin və ailədaxili ünsiyyətin bu riskləri azaltmaqda mühüm rol oynadığını vurğulayırlar.
Tədqiqatçılar ümid edirlər ki, yaxın illərdə demansla bağlı daha effektiv müalicə üsulları tapılacaq və xəstəliyin qarşısının alınması mümkün olacaq.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.