5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
679
03.01.2026, 21:41
Mütəxəssislər soyuq havalarda isti içkilərin orqanizmə təsiri ilə bağlı geniş yayılmış fikirlərə aydınlıq gətiriblər. Terapevt Svetlana Burnatskayanın sözlərinə görə, qış aylarında çay, kakao və bulyon kimi isti içkilər faydalı olsa da, bədəni birbaşa "isidən" vasitə hesab edilə bilməz.
Oxu24.com xəbər verir ki, həkim soyuq havaya çıxmazdan əvvəl isti içki qəbul etməyin əsas məqsədinin susuzluğun qarşısını almaq və enerji səviyyəsini qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, isti yeməklər orqanizmdə istilik istehsalı prosesi olan termogenezi aktivləşdirir. Uzun gəzintilər zamanı termosda ilıq içki və yüngül qəlyanaltı götürmək tövsiyə olunur.
Burnatskaya vurğulayıb ki, içkilər çox isti və ya qaynar olmamalıdır. Qoz-fındıq, şokolad və banan kimi qidalar isə yaxşı seçim sayılır. Çünki onların tərkibindəki yağlar və karbohidratlar orqanizmə əlavə enerji verərək istilik yaranmasına kömək edir.
Mütəxəssis əlavə edib ki, soyuq havada nəfəsalma zamanı bədən daha çox maye itirir. Bu isə susuzlaşmaya və termorequlyasiyanın pozulmasına səbəb ola bilər. Buna görə də gəzinti zamanı hər 45-60 dəqiqədən bir 100-150 ml ilıq maye qəbul etmək məsləhətdir.
Həkim spirtli içkilərdən isə qəti şəkildə uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, alkoqol yalnız istilik hissi yaradır, lakin əslində bədənin daha tez soyumasına səbəb olur və hipotermiya riskini bir neçə dəfə artırır.Ölkə.az
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.