Armudun bu növü mədə xərçənginin qarşısını alır - FAYDALARI
15 May 2026, 00:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1211
03.01.2026, 19:26
Bu gün Çar Rusiyasının Azərbaycanı işğal etməsindən 222 il keçdiyi ilə bağlı mediada maraqlı yazılar yayımlanıb.
Siyasətçi, tarix elmlər namizədi, dosent Akif Nağı Rusiyanın Azərbaycanı işğal etməsindən 222 il deyil, 223 il keçdiyini faktlarla ortaya qoyur.
Tarixçi alim faciəvi günlə bağlı Oxu24.com a danışıb.
O bildirib ki, bu tarixi hadisəyə onun yanaşması fərqlidir:” Əslində bu müharibə tarixə İran – Rusiya müharibəsi kimi yazılsa da bu heç də İranın Rusiya ilə müharibəsi deyildi.
Rusiya məhz Azərbaycanı tam işğal etmək üçün yola çıxmışdı. 1803-cü il mart ayında general Sisianov Tiflis istiqamətindən Car Balakən tərəf yürüş etdi, noyabrın 20-də Gəncəyə tərəf hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Azərbaycanın işğalı 1804-cü ildən yox, 1803-cü ilin martından başlayıb və 1813-cü ildə başa çatıb. Daha dəqiq, həmin ilin 12 oktyabrında Rusiya imperiyası ilə Qacar İran dövləti arasında bağlanan və Azərbaycan torpaqlarının bölüşdürülməsini rəsmiləşdirən Gülüstan sülh müqaviləsi bağlanan gün işğal başa çatıb.
- Bəs , onda niyə Rusiya işğalı məhz 1804-cü ilin 3 yanvarında xatırlanır?
- Bunun əsas səbəbi odur ki, işğalçı Rusiya qarşısında ən böyük maneə olan Gəncəni işğal etdi, ən güclü Azərbaycan xanını öldürərərək digər xanlıqların başçılarını məğlubiyyətə düçar edəcəyinin siqnallarını verdi. Bu siqnallar bir-birinə düşmən kəsilən xanların döyüşməyə meylini heçə endirdi. 1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqavilələrinə görə Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi.
Necəki, Böyük Vətən Müharibəsində Kürsk döyüşü dönüş nöqtəsi oldu, eləcə də, Azərbaycanın işğalında Gəncə döyüşü ruslar üçün dönüş nöqtəsi oldu. Odur ki, İşğal tarixi 1803-cü ilin tarixindən hesablanmalıdır.
Əntiqə Rəşid
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.