AZAL açıqlama yaydı
15 May 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10019
03.01.2026, 10:44
Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir.
Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksək deyil və bu səbəbdən dərslərin gec başlanmasına və ya təxirə salınmasına ehtiyac yoxdur.
Onun sözlərinə görə, yalnız ciddi qar yağışı və ya yolların buz bağlaması halında Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul olunur:
"Belə vəziyyətlərdə dərslərin gec başlanması, təxirə salınması və ya başqa tarixlə əvəzlənməsi zərurəti yarana bilər. Hazırda isə hava şəraiti buna əsas vermir".
Ekspert qeyd edib ki, kəskin şaxta və buzlu hava şəraitində şagirdlərin və müəllimlərin sürüşmə riski artır, bu da insan həyatı üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən hər il olduğu kimi, bu il də hava şəraiti kəskinləşərsə, müvafiq tədbirlərin görülməsi qaçılmazdır.
Ramin Nurəliyev vurğulayıb ki, ehtiyac yaranacağı təqdirdə məktəblərin 3-4 gün müddətinə tətilə buraxılması, dərslərin 1-2 saat gec başlanması və ya müəyyən dərslərin ləğv edilməsi mümkündür.
"Xüsusilə, dağ kəndlərində yollar buz bağlayarsa və gediş-gəliş mümkün olmazsa, həmin ərazilərdə tədris prosesinin dayandırılması mütləq həyata keçirilməlidir", - deyə o, əlavə edib.
11:15 / 15 May 2026
1
11:12 / 15 May 2026
12
10:55 / 15 May 2026
156
10:48 / 15 May 2026
38
10:43 / 15 May 2026
51
10:36 / 15 May 2026
91
10:34 / 15 May 2026
42
10:31 / 15 May 2026
41
10:22 / 15 May 2026
269
10:21 / 15 May 2026
42
10:17 / 15 May 2026
41
10:05 / 15 May 2026
152
10:03 / 15 May 2026
40
10:01 / 15 May 2026
43
00:45 / 15 May 2026
348
00:33 / 15 May 2026
344
00:22 / 15 May 2026
378
23:59 / 14 May 2026
345
23:30 / 14 May 2026
261
23:13 / 14 May 2026
316
23:05 / 14 May 2026
411
22:34 / 14 May 2026
146
22:30 / 14 May 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.