5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
833
03.01.2026, 00:12
Kəlbəcər rayonu ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.
Oxu24.com xəbər verir ki, bu barədə Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ixtimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Babayeva bildirib.
O qeyd edib ki, 01 yanvar tarixində hava şəraitinin kəskin pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu elektrik xəttində qəza baş verib, bu hal enerji təminatında qısamüddətli fasiləyə səbəb olub:
"Qəzanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər olunub. Gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsiz olmasına baxmayaraq, operativ tədbirlər görülmüş, həyata keçirilən işlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradan qaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsi bərpa edilib.
Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə ilə əlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunal xidmətlərində hər hansı ciddi problem qeydə alınmayıb. Əhali ilə mütəmadi olaraq əlaqə saxlanılmış, hava şəraiti və su təchizatı ilə bağlı zəruri təlimatlar operativ şəkildə çatdırılıb.
Yalnız üç mənzilin istilik sistemini təmin edən kombi aparatlarının çöl borularında donma halı müşahidə olunub. Operativ müdaxilə nəticəsində həmin borularda donma halı heç bir texniki zədələnmə baş vermədən aradan qaldırılıb”.
O qeyd edib ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansı ciddi fəsad yaranmayıb:
“Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik, su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır və zəruri təlimatlar verilir". (Modern.az)
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.